adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Fevral 2018 10:02
12902
DÜNYA
A- A+

YA BARIŞACAQLAR, YA DALAŞACAQLAR

ABŞ-ın xarici işlər naziri Tillerson Sevgililər gününün səhəri gəldi Türkiyəyə. Əvvəl həmkarı Çavuşoğlu ilə görüşəcək, sonra da sayın Ərdoğanla. Suriyanı müzakirə edəcəklər. Əgər bu görüşdən sonra ABŞ PYD-yə, YPG-yə, PKK-ya silah-sursat və pul yardımını kəsərsə barışacaqlar, kəsməzsə onda xiyar əyri bitəcək, Türkiyə ilə ABŞ arasındakı iplər qopacaq. Onsuz da bu iplər çoxdan çürümüşdü.

Çox təəssüf ki, üfüqdə də barış görünmür. Qardaş ölkə indi-indi anlamaqdadı ki, ABŞ-ın kəndirinin üstünə darı sərməzlər.

Tanrı Türkiyənin yardımçısı olsun!