adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2018 12:00
16322
DÜNYA
A- A+

EŞŞƏK BOYDA AVROPA BİRLİYİNDƏN BİR ŞİRNİQUŞ…

ABŞ-ın və Avropa dövlətlərinin, eləcə də onların hesabına yaranmış İŞİD-in İraqa vurduğu zərər 88,2 milyard dollar dəyərindədi. İraqın yenidən bərpası üçün 70 ölkənin baş bilənləri yığışıblar Küveytə,bir konfrans keçiriblər. Konfransda da əsas məqsəd bərpa üçün pul yığılması idi.

Deməli, ABŞ 3 milyard, Səudiyyə Ərəbistanı 1,5 milyard, eşşək boyda Avropa Birliyi 480 milyon, Yaponiya 500 milyon , digər ölkələr də hərəsi bir şirniquş boyun olublar.

Yenə də ən ağır yükün altına Türkiyə özünü verib: 5 milyard.

Onu da qeyd edək ki, Suriya hadisələri başlayandan Türkiyəyə sığınan 4 milyona yaxın suriyalıya da qardaş dövlətimiz 30 milyard dollar pul xərcləyib və xərcləyə-xərcləyə də gedir. Eşşək boyda Avropa Birliyi də Türkiyəyə söz vermişdi ki, əgər Suriya qaçqınlarını Avropaya buraxmasa sənə 3 milyard avro yardım edəcəyik. Amma sonda Türkiyəyə atdılar, pulu vermədilər.