Yazıçılar haqqında heç bunları bilirdinizmi?
Almasız yaza bilmərəm – deyən Fridrix Şiller
Weiland, Herder ve Goetheilə birlikdə dövrünün dörd ən vacib şairlərindən biri olan Şillerin yazı masasında mütləq çürük bir alma olurdu. Soruşanlara isə bu almanı qoxusunun onu başqa aləmlərə götürdüyünü, özünü təbiətin qoynunda hiss etdiyini deyərdi. Təbiət təsvirləri ilə zəngin şeirlərin müəllifi olaraq tanınan Şillerin bütün əsərlərini üstünə milçəklər qonan bu almadan ilhamlanıb yazdığını düşünmək doğrudan da gülüncdür. Amma hələ bu harasıdır?! Məşhur şairə yazmaq üçün alma kifayət etmirmiş. O, hamamda, su dolu vannanın içində oturub ilham pərilərinin gəlməyini gözləyirdi. Suyun rahatladıcı xüsusiyyəti olduğunu bilirdik, amma ilham verən bir xüsusiyyətini bilmirdik.
Bəyənilmək istəyən yazar Cahit Sıtkı Tarancı
Bəzi insanlar bəyənilmək, özünü təsdiqləmək üçün özünü dağa-daşa vurur. Bəyənilmədiyini düşünüb həmişə özlərini başqalarından əskik sayırlar. Hə, Cahit Sıtkı Tarancı da eynilə Ahmet Haşim və Reşat Nuri kimi çirkin olduğunu düşünərək özünə qapanan yazarlardandır. Şeirlərindən yalqızlıq, bədniyabətlik və ölüm havasının əskik olmamağı da bununla əlaqəlidir. Əslində Tarncı elə də çirkin bir adam deyildi. Həmişə baxımlı və şux görünürdü.”Yaş otuz beş yolun yarısı edər, Dante kimi ortasındayıq ömrün” deyən şair necə çirkin ola bilər axı, ya da çirkin olsa belə nə olacaq ki?”
Hörməklə və mürəbbə bişirməklə məşğul olan Hüseyn Rahmi Gürpınar
Yaşadığı dövrdə çox sevilsə də, tanınsa da ondan sonra gələn nəsillərin elə də tanımadığı bir yazar var, Hüseyn Rahmi. Ömrünün 31 ilini Heybeliadanın təpəsində mənzərəli bir yerdəki köşkdə keçirdən Rahmi təmizlik xəstəsi idi. Mikroba tutulmamaq üçün əlçəyi əllərindən əskik olmazdı. Yay, yaz, payız, qış. Rahminin maraqlı tərəfləri bununla qurtarmır. Papaq, şərf və başqa şeylər hörməyi sevən Rahmi öz hördüyü geyimləri geyinər, yazmaqdan bezdiyi vaxtlarda mətbəxə girib ərik mürəbbəsi və dondurma hazırlayardı.
Qəribə inancları olan Truman Kapot
Truman Kapot də eynilə Coys kimi mütləq çarpayıda uzanaraq yazırdı. Yazarkən tez-tez nəsə içərdi. Gündüzlər qəhvə, çay, axşamüstü nanə çayı, gecə isə martini. Damağından siqaret əskik olmurdu. Külqabısı tez-tez boşaldılmalı idi. İnancına görə uğursuzluq hesab etdiyi üçün külqabıda üçüncü siqareti söndürməzdi. Onun vərdişləri bununla da bitmir. İki rahibəylə eyni təyyarə minməz, cümə günləri heç bir işə başlamaz, ya da heç bir işini bitirməz, telefon nömrələrini toplayar, əgər nəticədə uğursuz rəqəm alınırdısa, o nömrələrin sahibləri ilə danışmazdı.Sənin də nə qəribə xüsusiyyətlərin var imiş, Kapot!
Sələmçi Vilyam Şekspir
Atası dövrünün ən varlı tacirlərindən biri, anası isə ən varlı torpaq ağalarından birinin qızı idi. Bu mənada Şekspir şanslı adam idi. Ticarətə, varlı olmağa aşiq idi. Dolanışıq sıxıntısı kimi bir problem olmayan Şekspirin yazmağa bolluca vaxtı olurdu, sənət adamlarının içində bir həyat yaşayırdı. 35 yaşında dövrünün ön böyük teatrının şəriki idi. Qazancının böyük bir hissəsini "Böyük yazarların gizli həyatları” kitabında Robert Şnakenberqə görə, sələmçilikdən əldə edirdi. Ədəbiyyat dünyasında böyük mübahisə yaradan bu kitaba görə, Şekspir aclıq dövründə taxıl ticarətilə və sələmçiliklə məşğul olur, vergilərdən yayınırdı. Ancaq İngiltərə dünya səviyyəsində məşhur bir ədəbiyyat Allahı yaratmaq istəyirdi deyə Şekspirin həyatının bu hissələrini tarixdən sildi. Bu iddia kiməsə görə şər-böhtan ola bilər, amma məşhur yazıçının özü yox, atası bir neçə dəfə sələmçilik etdiyinə görə tutulub. Bu isə dəqiqdir!