adalet.az header logo
  • Bakı 20°C
15 Fevral 2018 11:31
11182
MƏMLƏKƏT
A- A+

Ötən il 14 mindən çox ailə dağılıb

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.