adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Fevral 2018 11:18
10086
İDMAN
A- A+

Ronaldo yenə tarix yazdı

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti dəfə Çempionlar Liqasının tarixinə adını yazdırıb.

Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bu turnirdə 100 qol vuran ilk futbolçu olub. Portuqaliyalı hücumçu ÇL-in 1/8 finalında PSJ ilə matçın 45-ci dəqiqəsində penaltidən 100-cü qolunu vurub. K.Ronaldo ikinci hissədə qollarının sayını 101-ə çatdırıb.

Qeyd edək ki, "Barselona"nın hücumçusu L.Messi isə ÇL-də 97 qol vurub.