adalet.az header logo
  • Bakı 18°C
15 Fevral 2018 11:04
14952
KRİMİNAL
A- A+

Axtarışda olan 43 nəfər tutulub

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.