adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Fevral 2018 10:35
10414
SİYASƏT
A- A+

Milli Məclisdə 18 məsələyə baxılacaq

Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Adalet.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar "Patent haqqında”, "Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında”, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqıda”, "Yeyinti məhsulları haqqında”, "Standartlaşdırma haqqında”, Sanitariya-epidemioloji salamatlıq haqqında” "Yol hərəkəti haqqında”, "Standartlaşdırma haqqında”, və.s qanunları, o cümlədən Miqrasiya, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.

Həmçinin iclasda yeni hazırlanan "Texniki təmizləmə haqqında” qanun layihəsinə də baxılacaq.