adalet.az header logo
  • Bakı 7°C
15 Fevral 2018 10:07
19921
MARAQLI
A- A+

Bu gün ilin ilk Günəş tutulması olacaq

Bu gün 2018-ci ilin ilk Günəş tutulması hadisəsi baş verəcək.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından Adalet.az-a verilən məlumata görə, Günəş tutulması (qismən tutulma) Bakı vaxtı ilə saat 22:55-də başlayacaq. Günəş tutulması saat 00:51-də (16 fevral) maksimum səviyyədə olacaq, saat 02:47-də başa çatacaq.

Qeyd edək ki, Günəş tutulmasının davam etmə müddəti 03:51-dəqiqə olacaq. Tutulma Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.