adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Fevral 2018 17:38
60113
AVTOMABİL
A- A+

Binəqədidə daha bir küçə əsaslı şəkildə təmir olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunub. 

Adalet.az-a Agentlikdən bildirilib ki, aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib. Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.