adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Fevral 2018 17:26
50462
MÜSAHİBƏ
A- A+

Millət vəkili: "Özümü ürək əməliyyatından çıxan biri kimi hiss etmirəm"

Bir müddət öncə Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən deputat Nəriman Əliyevin ürək əməliyyatı keçirdiyi barədə məlumat vermişdik. Həkimlər əməliyyatın yüngül keçmədiyini də gizlətməmişdilər.

Modern.azsaytının əməkdaşı təsadüfən dəniz kənarındaNəriman Əliyevlə qarşılaşıb və fürsət düşmüşkən deputatla həmsöhbət olub.

Adalet.az həmin söhbəti təqdim edir:

- Nəriman müəllim, səhhətiniz necədir?

- Hazırda səhhətim çox normaldır, heç bir problem yoxdur. Artıq işə çıxıram və gündə ən azı 3-4 kilometr piyada gəzirəm. Yəni normal insan necədirsə, mən də eləyəm. Əvvəl düşünürdüm ki, ürək əməliyyatı və ondan sonrakı mərhələçox çətin proses olacaq. Amma indi bunun tam əksi baş verdi. Özümü ürək əməliyyatından çıxan biri kimi hiss etmirəm. Yaxşıyam...

- Səhhətinizlə bağlı müxtəlif fikirlər səsləndirildi. Maraqlıdır, necə oldu ki, həkimə müraciət etdiniz? Nədən şikayətiniz var idi?

- Açığı, ürəyimdə müəyyən problemlərin olduğunu hiss etdim. Bu səbəbdən düşündüm ki, özümü müayinə etdirim. Həkimə getdim vəürək damarlarımın vəziyyətini müəyyən etmək məqsədilə angioqrafiya müayinəsindən (anju) keçdim. Bu zaman məlum oldu ki, ürəyimdə anadangəlmə ciddi problemlər var. Çox səmimi və birmənalı şəkildə bildirmək istəyirəm ki, bəlkə də bu problemlə hansısa Avropa ölkəsi, yaxud Türkiyədə əməliyyat olunsaydım, sonumun necə olacağını təsəvvür etməzdim.

- Yəni dediyinizdən belə başa düşdük ki, Azərbaycan səhiyyəsini həmin ölkələrin səhiyyəsindən üstün hesab edirsiniz?

- Bunu yalnız mən demirəm, xaricdən gələn həkimlər də təsdiqlədilər. Səhiyyəmizin yüksək səviyyədə olmasına görə ilk növbədə cənab Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. 2017-ci ildə BakıdaRespublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzi açılıb. Burada Avropa standartlarına cavab verən texnika və avadanlıqlar quraşdırılıb. Əgər Bakı Ürək Mərkəzi olmasaydı, əminəm ki, indi həyatda olmazdım. Çünki nə qədər güclü həkim olsan da, müasir texnika və avadanlıqlar da zəruri amillərdən biridir. Eyni zamanda, cənab Prezidentimizin səhiyyəni diqqət mərkəzində saxlamasının nəticəsidir ki, artıqAzərbaycanda müasir səhiyyə ocaqlarının sayı artmaqdadır. Səhiyyə ocaqlarımız nəinki Türkiyə, hətta Avropa standartlarından qat-qat üstün olan avadanlıqlarla təchiz olunub. Bu baxımdan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinin rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mehribam xanım Əliyeva hər zaman səhiyyənin inkişafını diqqətdə saxlayıb və bu istiqamətdə bir çox işlərə imza atıb. Bu gün Azərbaycan səhiyyəsi demək olar ki, dünya səhiyyəsində özünəməxsus yer tutur.Bilirsiniz, hətta Almaniya, Türkiyədən gələn həkimlər də bildirdilər ki, məni əməliyyat edən həkimlər kifayət qədər dəqiq iş görüblər. Yəni əməliyyatımın çox uğurlu keçdiyini onlar da təsdiqlədilər. Həkimlərin kiçik səhvi belə, mənfi nəticələrə səbəb ola bilərdi. Bütün bunlar dostum, həmkarım Rəşad Mahmudovun rəhbərliyi ilə həyata keçdi. Bu baxımdan ona da xüsusi təşəkkür etmək istəyirəm.

- Nəriman müəllim, deyirlər, yaxın dost dar gündə tanınar. Bəs sizi kimlər axtardı, kimlər sizinlə maraqlandı?

- Bu məsələ ilə əlaqədar Yeni Azərbaycan Partiyasının, Milli Məclisin rəhbərliyinə təşəkkür etmək istəyirəm. O cümlədən dostlarıma, deputat həmkarlarıma, Milli Məclisin Aparat işçilərinə, Masallı sakinlərinə minnətdaram. Təsəvvür edin, onların arasında günlərləxəstəxanın həyətində məni gözləyənlər oldu. Mən insanlarla təmasda olmağı sevirəm. Amma bu cür münasibət məni daha da ruhlandırdı. Onların diqqəti mənim üçün ciddi motivasiya qaynağı oldu. Həmçinin Bakı Ürək Mərkəzinin işçiləri də mənə xüsusi qayğı ilə yanaşdılar.Səhhətimlə maraqlananlara, xəstəxanada olduğum dövrdə mənə diqqət edənlərə, bütün dostlara, həmkarlara təşəkkür edirəm. Ailəmə mənəvi dəstək olduqları üçün ayrıca minnətdarlığımı ifadə etmək istəyirəm. Səhhətimlə maraqlananlar məndən zərrəcə narahat olmasınlar, bilsinlər ki, hazırda heç bir problem yoxdur və hər şey normaldır. Artıq iş başındayam.