adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Fevral 2018 17:15
12932
DÜNYA
A- A+

Rusiyada pedofilləri ömürlük həbs gözləyir

Rusiya Dövlət Dumasına pedofillər üçün cəzanı sərtləşdirən qanun layihəsi daxil olub.

Adalet.az "Ria Novosti”-yə istinadən xəbər verir ki, sənədə əsasən, uşaqların cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərə görə məhkəmələr ömürlük həbs cəzası təyin edə biləcəklər.

Müəlliflərin fikrincə, qanunun qəbulu uşaqların hüquqlarının qorunmasına və belə cinayətlərin profilaktikasına kömək edəcək. Dumanın vitse-spikeri İrina Yarovayanın rəhbərlik etdiyi işçi qrupu qanun layihəsini ötən ilin yanvarında hazırlayıb.

Statistikaya görə, ötən il müstəntiqlər yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərə görə 13,5 mindən çox cinayət işi açıb. Halbuki, 2016-ci ildə bu rəqəm 5,8 min olub.(azvision.az)