adalet.az header logo
  • Bakı 12°C
14 Fevral 2018 16:39
12094
SİYASƏT
A- A+

Artur Rasizadə Milli Məclisə hesabat verəcək

Hökumət mart ayında Milli Məclisə hesabat verəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək. Hesabatın martın 10-19 aralığında verilməsi gözlənilir.

İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcəklər.

Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda parlamentin 2 plenar iclası keçirilib. Milli Məclisin növbəti plenar iclası fevralın 23-də keçiriləcək.