adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Fevral 2018 16:38
13661
KRİMİNAL
A- A+

Külli miqdarda narkotik müsadirə olunub

Fevralın 13-də Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Məmmədov Gəncə şəhərində saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Adalet.az-a verilən məlumata görə, üzərinə baxış keçirilərkən onun əlindəki sintetik torbadan çəkisi 4 kiloqram 850 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.