adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Fevral 2018 16:28
11047
MƏMLƏKƏT
A- A+

ONN İnformasiya Agentliyi fəaliyyətə başladı

"Əsasməqsəd aparıcı mətbuatın inkişafına dəstək olmaqdı"

Fevralın 14 - də Beynəlxalq Mətbuat Mərkəzində ONN İnformasiya Agentliyi media nümayəndələri üçün brifinq keçirdi.Olaylar.az bildirir ki, brifinqdə media nümayəndələri, redaktor və baş redaktorlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamil Məhərrəmoğlu müstəqil Azərbaycanımızda insanların dolğun məlumatlar yayımlayan, qərəzdən uzaq xəbər və yazılar təqdim edən İnformasiya Agentliyinə böyük ehtiyac olduğunu bildirdi. "Ölkəmizdə və dünyada baş verən siyasi, ictimai hadisələr hər kəsin diqqət mərkəzindədi. Bütün baş verən hadisələri gecikdirmədən, anında oxuculara təqdim etmək heç də asan iş deyil. ONN İnformasiya Agentliyinin qarşısına qoyduğu əsas məqsədlərdən biri milli -mənəvi dəyərlərimizin qorunması, bu dəyərlərin təbliğində əlindən gələni əsirgəməməkdi".

Kamil Məhərrəmoğlu ONN İnformasiya Agentliyinin baş redaktoru Bilman Allahverdiyev haqqında tədbir iştirakçılarına məlumat verdi. Bilman Allahverdiyev "7 gün", "525 -ci qəzet", "Panaroma" qəzetlərində və Gün.az" saytında fəaliyyət göstərib.

Daha sonra tədbirdə ONN İnformasiya Agentliyinin fəaliyyətini əks etdirən slayd nümayiş olundu.

Tədbirdə çıxış edən saytın baş redaktoru Bilman Allahverdiyev bildirdi ki, ONN.az -ın yaranmasında əsas məqsəd aparıcı mətbuatın inkişafına dəstək olmaq və insanları doğru informasiya ilə məlumatlandırmaqdı: "Fəaliyyət göstərdiyimiz qısa zaman ərzində biz Azərbaycan həqiqətlərini diasporalar vasitəsilə dünyaya çatdırmağa çalışırıq.

Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi media sahəsində də böyük uğurlar əldə etdik. Məqsədimiz bu uğurları qorumaqdı.

Agentlik Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq yayır. Siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim edir".

Bilman Allahverdiyev qeyd etdi ki, agentliyin fəaliyyətinin əsas ana xəttidemokratiyanın inkişafına töhfə vermək, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafına xidmət etməkdən ibarətdir.

Daha sonra təqdbirdə iştirak edən media nümayəndələri yeni internet portalının fəaliyyətinə uğurlar arzuladılar.

Qeyd edək ki, portalda "Unutmayaq, unutdurmayaraq" yeni rubrikasını açmaqla dəyərlərimizi xatırlatmağa, unutdurmamağa, gənc, istedadlı, yaradıcı şair, yazıçı, elm adamlarını oxuculara tanıtdırmağa, el adətləri, folklorumuzun təbliğinə və s. geniş yer verməyi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.