adalet.az header logo
  • Bakı 20°C
14 Fevral 2018 15:48
11215
MƏMLƏKƏT
A- A+

Yol qəzalarında ölənlərin 76 faizi kişilərdir - Statistika

2017-ci ildə ölkənin avtomobil yollarında 1833 və ya 2016-cı illə müqayisədə 8,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,6 faiz azalaraq 2469 nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 750-si həlak olub, 1719-u isə yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olub.


Bütün yol-nəqliyyat hadisələrinin 51,2 faizi (əvvəlki illə müqayisədə 6,3 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 30,8 faizi (22,7 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 18,1 faizi (16,0 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizini, yaralananların isə 71,4 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 29 hadisə baş verib, nəticədə 16 nəfər ölüb, 25 nəfər isə yaralanıb. Belə hadisələrin 75,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.