adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Sentyabr 2018 09:55
28684
MARAQLI
A- A+

Siz heç belə evliliklər gördünüzmü?

Köhnə sevgilisinə qayıdan adam

Ömrü boyu taleyi Cek Kennanın üzünə gülməmişdi. Arvadı ən yaxşı dostları ilə Amerikaya qaçır, qızı qripə tutulaaq dünyasını dəyişmişdi. Elə ondan sonra özü də qrip oldu. Aclığa bir addım qalmışdı, cibində qəpik-quruş qalmışdı.

Şansı üzünə gülsə də başına gələnlər pis bir zarafata oxşayırdı.

1892-də Londonun Deptford məhəlləsindəki yoxsullar evinə gələn şux geyimli bir qadın Ceki soruşdu. Onu Cekin otağına aparanda Lids Merkuri qəzetində yaydığı xəbərə görə Cekin ayaqlarına düşüb bağışlanmağını istədi. Bir vaxtlar ən yaxın dostu ilə qaçan arvadı idi bu qadın. Qoşulub qaçdığı kişi qızıl axtarışı zamanı yaxşı bir sərvət qazanmış və sonra da dünyasını dəyişmişdi. Qadın geri dönüb hər şeyi yenidən başlamaq istəyirdi.

Fəqət yanına qayıtdığı ərinə baxarkən qrip olan qadının xəstəlliyi daha da ağırlaşdı və öldü. 62 min sternlik böyük sərvətini ərinə vəsiyyət etmişdi.


Onu sevən adamı öldürən qatilə evlənən qadın

Məhbusla sevgilisi gecələrin birində kameranın barmaqlıqları arasından bir-birinin əlini möhkəm-möhkəm tutaraq evləndilər. Qadın sevgisinə qovuşmaq üçün qaranlıqdan faydalanaraq cəza evinin divarının dibində qardaşının çiyninə çıxıb sevgilisinin kamerasına yaxınlaşmışdı. "North Estern Daily” qəzetinin 1885-ci il tarixli nömrəsində belə yazılmışdı: Rahib nikahı kəsəndə balaca bir sıxıntı yaşandı. 80 kiloluq gəlin bəyin baramqalıqlar arasından uzatdığı əlini öpərək ağlamağa davam edərkən onu çiynində saxlayan qardaşı "artıq dayana bilmirəm” demişdi. Onu sevdiyinə görə rəqibini öldürməyə təşəbbüs göstərib tutulan Ceyms Fauntleroyun arvadı olmuşdu.

Bu vəziyyətdə ertəsi gün məhkəmədə bu hadisəyə tək şahid olaraq ərinin əleyhinə ifadə verməyə məcbur qalmayacaqdı.


Cəsədlə evlənən adam

Gəlin öpülmədi, balayına gedilmədi. Nikah məclisini cənazə məclisi əvəzlədi.

1881-ci ildə Bredley adlı bir kişi Florida ştatında bir cəsədlə evləndi. Bredley Utahlı səyyah bir satıcı idi. Səyahətləri arasında yuxularının qadını ilə tanış olmuşdu, fəqət qadın ölüm ayağında idi. Bu vəziyyət Bredleyi sındırmadı, o, evlilik təklifi etdi, qadın da qəbul elədi, artıq toy haqqında da planlar hazır idi. Qəfil nikah günü qadın vəfat etdi. "Illustrated Police News” adlı jurnalı "Hə, elə məsələnin də ən kədərli hissəsi bu məqamda başlayır” deyə yazır. Bredley sevgilisinin evlənmədən dəfn olunmayacağını deyib.Belə olduqda tabut kilsəyə aparılır və rahib onların ər-arvad elan edir.

Onunla evlənən beşinci kişi də özünü öldürdü

Qədim İngiltərə krallarından VII Henrini saymasaq, beş evlilik həqiqətən də ciddi bir rekorddur. 19-cu yüzilliyin sonunda Fransada bir qadıb beşinci dəfə dul qalmışdı. Ərlərinin hər birinin başına faciə gəlmişdi. Birincisi özünü asmış, ikincisi özünü yandırmış, üçüncüsü özünü suya ataraq intihar etmiş, dördüncüsü isə birinci kimi özünü asmışdı. Qadınla beşinci evliliyi üçün nikah kəsdirən adamın bu vəziyyətdə biraz qorxmağı başa düşüləndir.

Və haqsız da deyildi, çünki 1901-ci ildə o da özünü asdı. Bəs niyə hamısı bu cür faciəvi şəkildə canlarına qəsd etdilər? "Western” qəzetində yazılan xəbərdə də bu hadisələrə aid heç bir açıqlama yoxdur.