Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Bu şəxslərin məcburi daktiloskopik qeydiyyatı aparılacaq Adalet.az | Bu şəxslərin məcburi daktiloskopik qeydiyyatı aparılacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Bu şəxslərin məcburi daktiloskopik qeydiyyatı aparılacaq

6280    |   2018-02-14 15:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

On beş yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan vətəndaşlarının, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının, sərnişin və yükdaşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvlərinin, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunmuş şəxslərin, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı (İnsan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət) aparılacaq.

Bu, yeni hazırlanan "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsinin 7-ci (məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsində əksini tapıb.

Həmin maddəyə əsasən, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin (15 yaşınadək uşaqlar istisna olmaqla), Cinayət, İnzibati Miqrasiya məcəlllərinə uyğun olaraq Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycanda siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərin də belə qeydiyyatı aparılacaq.

Layihədə bildirilib ki, naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.

Qanun layihəsinə əsasən, dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat) maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Həmin nüsxədə bunlar qeyd olunmalıdır: Məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar, qeydiyyatın aparılmasının əsası və tarixi.

Dövlət orqanları xidməti məxfilik rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Milli Məclis layihəni qəbul edərsə, qanun iyulun 1-dən qüvvəyə minəcək. Hazırda qüvvədə olan "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun isə qüvvədən düşəcək.



İmza:

Dövlət qulluqçuların səlahiyyət müddəti məhdudlaşdırılacaq - Qanun layihəsi hazırlanır

Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

İqbal Ağazadə müəllimləri kəskin tənqid etdi

Nikol Paşinyanın baş nazir olmağı Ermənistanda nəyi dəyişəcək? - Politoloqlar danışdı

Azərbaycan və Ermənistan sülhə hazırdımı? - SORĞU

Əflatun Amaşov: "Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə..."

GÖRƏN BUNLAR KİMƏ GÜLÜRLƏR

DÜNƏN EŞİTDİYİM ƏN XOŞ XƏBƏR

“Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib” - İranın Baş Qərargah rəisi

Ziyafət Əsgərov komitənin gündəliyini açıqladı

XİN-in əməkdaşları “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər

Zakir Həsənov yenidən Məhəmməd Baqeri ilə görüşdü

SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK