Faiq QİSMƏTOĞLU: QUŞ DA UÇA BİLMƏZ…

FAİQ QİSMƏTOĞLU
56960 | 2018-02-14 14:59

… Məktəb məscid qədər müqəddəs yer sayılıb. Və biz məktəbəgedəndə elə düşünürdük ki, müəllimlərimiz nə çörək yeyir, nə su içir, nə də havaudur. Biz düşünürdük ki, müəllimlərimiz ən müqəddəs, ən təmiz və ən saf adamlardılar.Və düşündüklərimizi də hər gün, hər saat, hər dəqiqə məktəbdə görürdük. Müəllimlərgedən xeyir-şərə, toy məclisinə biz heç vaxt qorxumuzdan addım ata bilməzdik…

Bəs necə oldu ki,qısa zaman kəsiyində müəllim peşəsi, müəllim sənəti və məktəb bu qədər birdən-birəgözdən düşüb. Biz demirik ha, pis müəllimlər var! Pis müəllim yoxdu, pis şagirdvə pis də məktəb direktoru var. Heç kim deyə bilməz ki, hansısa müəllim, hansısaziyalı cəmiyyətdə sevilmir və bu gün də cəmiyyətdə sevilən, hörmət edilən və həmişəsevgi ilə qarşılanan müəllimlər var. Şəxsən mənə dərs demiş və bu gün təqaüddə olanibtidai sinif müəlliməm Həqiqət xanımı görəndə həmişə əllərindən öpürəm. Ondan dünyasını dəyişmiş müəllmilərimin, lap elə doğmaanamın da ətrini duyuram. Tək mən yox, bizim sinif yoldaşlarımızın hamısı Həqiqətmüəlliməni görəndə qaça-qaça ayağına gedir və onun əllərindən öpürlər…

Ancaq son illər təhsilimizin,məktəbin və ən nəhayət, elmin yaman günə qoyulması müəllimi də gözdən salıb, hörmətiniazaldıb. Axı bayaq dedik, müəllim, məktəb məscid qədər, valideyn qədər müqəddəsdir.Bu müqəddəsliyə kimlər xələl gətirdi, kimlərkölgə saldı, bax bu, çox qaranlıq bir mətləbdir?! O qaranlığa hələ də biz işıq salmaqistəmirik, vicdanlı, namuslu müəllimləri irəli çəkib layiq olduğu yerlərdə əyləşdirməyəçalışmırıq…

… Bir gün eşidirikki, bəs filan məktəbdə şagird müəllimi bıçaqlayıb. Bir gün eşidirik ki, bəs bəhmənməktəbdə şagirdə təpindiyinə görə valideyn müəllimin üstünə hücum çəkib və bir gündə eşidirik ki, Bakı məktəblərinin birində 11-ci sinif şagirdi 7-ci sinifdə oxuyanqızla seksual hərəkətlər edib. Bütün bunlar bu gün bizim məktəblərdə baş verir.Çox təəssüf ki, bizimsə hələ də tüklərimiz tərpənmir ki, tərpənmir. Sanki hər şeyelə belə olmalıymış.

Bu gün baş verənhadisələrin hamısını məktəbin üstünə atmaq,yaxud da valideynləri əsas səbəbkar kimi göstərmək bizim düşüncəmizlə bir o qədərdə ədalətli deyil. Ən birinci mövcud mühiti, şəraiti nəzərə almaq lazımdır. llknövbədə yerləri səhv düşən məktəb direktorlarını arayıb-axtarmaq lazımdır. Layiqolmadığı halda, kimsə gəlib əyri yollarla məktəb direktoru olursa, orda da xaos,özbaşınalıq, hərc-mərclik baş alıb gedəcək.

Heç kimə sirr deyilki, bu gün məktəb direktoru olmaq üçün çox adamlar dəridən-qabıqdan çıxır. Bəlkəonlar daha savadlıdı, daha təcrübəlidi? Əsla yox! Çünki onlardan da savadlılar,istedadlılar «oyundankənar» vəziyyətdə qalırlar. Xüsusən də Bakıda məktəb direktoruolmaq üçün dəridən-qabıqdan çıxırlar. Zarafat deyil, məktəb direktoru olursan, bir-ikiildən sonra özünə villa da tikirsən, bahalı maşın da alırsan, uşaqlarını vəzifəyədə qoydurursan. Bax, bizdəkilərin çoxu üzr istəyirik ifadəmizə görə, direktor vəzifəsinəbuna görə can atır. Mən məktəb direktoru tanıyıram ki, əvvəllər heç nəyi olmayıb.Amma 5-6 ildə özünə üçmərtəbəli malikanə tikdirib, uşaqları da «Porshe»də gəzir.Hansı əmək haqqıyla direktor bu imkanları əldə eləyə bilər? Təbii ki, buna yüz ildə o vəzifədə işləsə pulu çatan deyil.

Bəzi direktorlarməktəbə təhsil, elm və tərbiyə mərkəzi kimi deyil, biznes mərkəzi kimi yanaşırlarvə ətrafına da özü xarakterində və özü düşüncəsində olan müavinlər toplayırlar.Tanışlarımdan biri deyir ki, bir məktəb direktoru özünü elə aparır ki, elə bil alçaqdağları o yaradıb. Məktəbdə də deyir ki, bu dəlləkxananın sahibi mənəm. Heç kəsburda mənim icazəm olmadan kimisə qəbul edə, kimisə də qarşılaya bilməz. Və hərşey mənim gözümün qarşısında baş verməlidir. Məktəbə kommersiya marağı ilə yanaşandirektorun da kollektivində təbii ki, normal mühit olmayacaq. Çünki o, dərs bölgüsündəntutmuş ayrı-ayrı vasitələrə qədər hər şeyi «əl-əli yuyar, əl də üzü» prinsipiyləhəll eləyir. Bir balaca düz söz deyən, haqsızlığaetiraz eləyən müəllimi də elə topa-tüfəngə tuturlar, elə gözümçıxdıya salırlar ki,o müəllim də düz söz deməyinə peşman olur.

Sovet dönəmində indikikimi məktəb direktoru olmağa müəllimlər arasında bu qədər böyük maraq və həvəs yoxidi. Çünki onda məktəblər biznes marağı iləidarə olunmur, şagirdlərə elm, təlim-tərbiyə öyrədilirdi. Hətta kimisə direktorqoyanda kollektivlə razılaşardılar. Ötən əsrin 90-cı illərin əvvəllərində mənimqohumlarımdan biri kənddə məktəb direktoru işləyirdi. Amma o, bir müddət keçmişöz ərizəsiylə çox yalvar-yaxardan sonra işdən çıxarıldı. Onun yerinə qoyulan direktoruda xahiş-minnətlə vəzifəyə gətirdilər və o da heç kəsdən bir qəpik pul ummadan məktəbdəyüksək tədris prosesi yaratdı. Yəni heç bir müəllimdən heç nə umulmadı və o müəllimlərdə namusla, vicdanla şagirdlərə dərs keçdilər. Ona görə də bu məktəbi bitirən40 şagirdin hamısı ali məktəbə qəbul olunub.

Biz bayaq dedik ki, müəllimləri də gözdən, nüfuzdansalan səbəblər var. Məsələn, müəllim birşagirdə deyə bilmir ki, bala, niyə əyri oturmusan? Əgər müəllim o şagirdə bu iradıtutsa, bax, onda o şagird gedib valideynini müəllimin üstünə göndərəcək. Valideyndə səsini başına atıb müəllimi o ki, var yıxıb-sürüyəcək. Bir də ki, müəllim uşağaşillə vursa, çubuqla döysə, bax onda o müəllimin dədəsinə od vuracaqlar. Və həttaişdən çıxaracaqlar ki, niyə filankəsin uşağına bir şillə vurmusan?

Uşaqların müəllimdən qorxmaması, özləri bildiyi kimi məktəbəgəlib-getməsi məhz bu cür özbaşınalığın və dərəbəyliyin yaranmasında az əhəmiyyətkəsb eləmir. Kim nə deyir desin, uşaq müəllimdən, valideyndən çəkinmirsə, ondanheç vaxt ağıllı, tərbiyəli, savadlı gənc olmaz. Bizim dövrümüzdə belə idi ki, müəllimbizə bir şillə vuranda qorxumuzdan valideynimizə demirdik. Əgər müəllim şillə vurduğunudesəydik, dədəmiz də yıxıb bizi yerə o ki, var eşşək sudan gələnə kimi çırpardı.Bir dəfə bibim oğlu Təbriz məktəbin direktoruƏvəz müəllimə nəsə mızıldanmışdı, Əvəz müəllim də onu salmışdı şapalağının altına.Rəhmətlik Nəsib əmim bunu eşidib Təbrizi o qədər çırpmışdı ki, bir həftə ona pəndəmqoydular.

Qorxu olmayan yerdəməsuliyyət də olmur. Məsuliyyət olmayan yerdə müəllimə sevgi də yaranmır. Yəni bugün təhsilimizdə olan bu cür xoşagəlməz hadisələrin baş verməsinin əsas səbəblərindənbiri də valideynlərin öz uşaqlarını başlı-başına buraxmasıdı. Bir çox valideynlərməktəb tərəfindən çağrılan iclaslara belə getmirlər. Bizim bir müəllimimiz vardı,Allah ona rəhmət eləsin, Ənvər müəllim. Deyərdi ki, balam, dədəniz malınızı naxıraötürür, heyvan da itəndə gedib naxırçının yaxasından yapışır. Amma sizin bəzilərinizinataları ildə bir dəfə maraqlanmır ki, mənim uşağım məktəbdə nə işlə məşğuldur?

Deyirlər ki, Avropatəhsil modeli, nə bilim Qərb modeli. Vallah, bunları mən bir o qədər də anlaya bilmirəm.Bir onu bilirəm ki, uşaq məktəbdə, evdə nəzarətsiz qalanda axırda gəlib axmaq biryola düşür. Bir dostumuz vardı. Deyirdi ki, mən oğlumla dostluq eləyirəm. Bir yerdəyeyirik, içirik, toya gedirik və hətta üzr istəyirəm, başqa şeyə də bir yerdə gedirik…Axırı nə oldu? Axırı da o oldu ki, onun oğlu bu sərbəstlikdən istifadə eləyərəknarkomaniyaya qurşandı.

Ümumiyyətlə, ciddilikolmayan yerdə heç vaxt normal əxlaq tərzi mümkün deyil. Ay filan şey belə dəbdədi..Avropada bu cür yaşayırlar… Bizim təfəkkür və düşüncə tərzimiz hələ o səviyyəyəçatmayıb ki,sərbəst olanda biz hər şeyi dərindən dərk eləyək, müəllimə, ağsaqqalanormal münasibət bəsləyək…

Bu gün məktəblərçox güclü mühafizə olunur, qorunur. Xüsusilə də Bakı məktəblərinə quş quşluğuyladüşə bilməz. Yəni məktəbə girmək üçün gərək sənə icazə verələr ki, sən də içərikeçəsən. Bax, bunu başa düşmək olmur. Düzdür, məktəbi mühafizə eləmək lazımdır.Amma cəmiyyətdən, insanlardan niyə qorxurlar,bax, onu başa düşmək olmur. Çünki Bakı məktəblərinin çoxunda direktorlar at oynadır,orda öz «qanunlarını» yeridir və ona görə də istəmirlər ki, kimlərsə gəlib həminnöqsanları görsünlər. Hansı ki, məktəb cəmiyyət üçün, mətbuat üçün açıq olmalı vəorda hər şey şəffaflıqla həyata keçirilməlidir. Əgər bu şəffaflıq, bu duruluq yoxdusa,məktəblərdə bundan da betər hadisələr baş verəcəkdir.

Cəmiyyətdə isə bugün müəllimlərə münasibət birmənalı deyil.Amma gəlin ona inanaq ki, Azərbaycanda çoxlusayda istedadlı, vicdanlı, namuslu, vətənini və millətini sevən müəllimlər var.O müəllimlərin heç vaxt üstünə yerimək, əziyyətlərini puça çevirmək və ən nəhayət,onların nurunun, işığının üstünə qaranlıq salmaq heç də ədalətli deyil. Və bu müəllimlərbizim övladlarımıza, nəvələrimizə az məvaciblədərs keçirlər, onlara elm öyrədirlər, təlim-tərbiyə verirlər.

Müəllim cəmiyyətinən aparıcı, ən işıqlı qüvvəsidir. Və bu gün biz Azərbaycan müəllimini bir-iki məsuliyyətsiz,səhlankar, bir az da kobud demiş olsaq, məktəb direktoruna qurban verə bilmərik.Biz müəllimləri cəmiyyətin çirkablarından, şərindən, böhtanından qorumalı və onlarındaha aydın yola çıxmalarına kömək göstərməliyik. Çünki bu aydın yola gedən müəllimlərbizim gəncləri işıqlı aləmə aparırlar…


TƏQVİM / ARXİV