Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub Adalet.az | Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub

6728    |   2018-02-14 12:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Karate Federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini, yeniyetmə və gəncləri çalışdıran Anar Allahverdiyev icra edəcək.

Adalet.az xəbər verir ki, bu barədə federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə yığıncağında açıqlanıb. Federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, eləcə də İdarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıda qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.

Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nəaliyyətlər qazanmaq uğrunda yönəldəcəyini söyləyib. Yığıncaqda həmçinin milli komandanın qarşıdakı nüfuzlu yarışlara hazırlıq işləri, vitaminləşdirmə, dopinq nəzarətinin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK