adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Fevral 2018 16:58
45915
MƏDƏNİYYƏT
A- A+

Sədəf Budaqova Akademik Opera və Balet teatrında

Akademik Opera və Balet teatrı gənc istedadlı ifaçıları dəyərləndirərək teatr səhnəsinə cəlb etmişdir. Xalq dastanının motivləri əsasında səhnələşdirilən "Əsli və Kərəm" baleti növbəti dəfə tamaşaçılara fevralın 8-də təqdim olundu. 

Nümayiş olnunan səhnə əsərində baş rolları gənc xanəndələr Sədəf Budaqova və Elnur Zeynalov canlandırdı. 

Çox gənc olmasına baxmayaraq Əsli rolunu məharətlə ifa edən Sədəf Budaqova ustadı Mənsum İbrahimovun icazəsiylə,dəstəyilə Opera teatrına dəvət olunmuşdur. Teatra qədər uğurlu çıxışları ilə Televiziya Muğam müsabiqəsində münsiflərin,tamaşaçıların rəğbətini qazanmış,Beynəlxalq müsabiqələrdə iştirak edib ölkəmizi layiqincə təmsil etmişdir. 

 Gənc xanəndəyə uğurlar arzulayırıq!