Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Prezident ABŞ nümayəndə heyətini qəbul edib - Yenilənib Adalet.az | Prezident ABŞ nümayəndə heyətini qəbul edib - Yenilənib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Prezident ABŞ nümayəndə heyətini qəbul edib - Yenilənib

8267    |   2018-02-14 11:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə Syu Saarnioya minnətdarlığını bildirərək, ABŞ-ın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının layihənin icrası baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı bu layihənin yaxın zamanlarda reallaşacağından məmnunluğunu ifadə edərək Məşvərət Şurasının sabah keçiriləcək iclasının görülən işlər və qarşıda duran planların müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı.

Layihə üzrə işlərin cədvələ uyğun getdiyini deyən dövlətimizin başçısı bütün bunları layihəyə cəlb olunmuş ölkələrin hökumətlərinin, şirkətlərinin, maliyyə institutlarının birgə səylərinin nəticəsi kimi dəyərləndirdi.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğuladı. O, ABŞ Prezidentinin, Dövlət katibinin, ABŞ hökumətinin "Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğuladı və bu layihənin başa çatmaqda olmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev ötən il Bakıda keçirilən Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgisinə ABŞ Prezidentinin təbrik məktubu göndərməsini məmnunluqla xatırlayaraq Birləşmiş Ştatların yeni administrasiyasının bu layihəyə dəstəyini yüksək qiymətləndirdi.



İmza:

Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb

“Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələdədir” - Pərviz Şahbazov

Dövlət başçısı litvalı həmkarını təbrik etdi

Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisin iclasına çıxarılır

Türkiyəli nazir Azərbaycana gələcək

Xaricdə yaşayan azərbaycanlılarla bağlı vacib xəbər - Diaspor Komitəsi “ASAN xidmət”lə sənəd imzaladı

Milli Məclis 27 məsələyə görə iclas ÇAĞIRDI

Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlıq müzakirə edildi

Qarabağ mitinqi 16 martda olacaq - AÇIQLAMA

Kamaləddin Qafarov: Davamlı, uğurlu islahatlar dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir

Deputatlarımız Avstraliyaya gedir

Əli Hüseynli: Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır

SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK