Adalet.az | Məhəbbətin qadağan olunduğu ölkələr Adalet.az | Məhəbbətin qadağan olunduğu ölkələr Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Məhəbbətin qadağan olunduğu ölkələr

11105    |   2018-02-14 11:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Başlanğıcı Roma imperatorluğu dövrünə qədər uzanan "Sevgililər günü”. Bütün dünyada romantizmi təmsil edən gün olaraq qeyd olunur. Qərbdən Şərqə bir çox ölkədə mənimsənilən bu xüsusi günün qeyd olunması ölkələrin öz mədəniyyətlərinə görə dəyişir.

Dilləri, dinləri, mədəniyyətləri və adətləri fərqli olsa da 14 fevral Yaponiya, Fransa, Amerika, Çin və bir çox ölkə tərəfindən xüsusi coşquyla qeyd olunur.

Ən coşqulu qeyd olunan Amerika

Şübhəsiz ki, Amerika dünya üzrə Sevgililər günün bir xeyli qabaq həyəcanla və böyük coşquyla gözləyən və qeyd edən ölkələrin ən başında durur. 14 fevral Amerikada alış-veriş festivalı və romantizm bayramı olaraq xatırlanır. Bütün vitrinlər bir neçə gün qabaqcadan bu gün münasibətilə qırmızı rəngə boyanır, bütün günü gül və şokolad almaq üçün izdiham yaşanır. Amerikalı Ester Flovlandın 1847-ci ilində ilk Sevgililər günü kartını yollamağı ilə Amerikada qeyd olunmağa başlanan bu gün alış-veriş həcminin də artmasına səbəb olur. Markalar bu günə xüsusi kampaniyalarla alış-veriş çılğınlığını artırır. Statistikalar da ən çox evlilik təklifləri də məhz bugün olduğunu göstərir. Amerika iqtisadiyyatçıları da ölkənin 1930-cu ildə yaşadığı böhrandan da çıxmasında böyük rolu olduğunu deyirlər.

Azərbaycanda ildə iki dəfə qeyd olunur

14 fevral Sevgililər günü Azərbaycanda ölkənin azadlığa qovuşmasından sonra qeyd olunmağa başlanıb. 2004-cü ildən etibarən isə 30 iyun qeyd olunmağa başlanıb. 1990-cı ildə Bakıda şəhid olan İlham Allahverdiyevlə onun ölümünün ardınca intihar edən yeni eləndiyi Fərizənin toy günü 30 iyun. Bugün İlhamla Fərizənin məzarları ziyarət olunur, sevgililər bir-birlərinə hədiyyə alırlar.

Yaponiyada əsas iş qadınlara düşür

Yaponiya da sevgililər gününü həyəcanla gözləyən ölkələrdəndir. Ancaq bu gün Yaponiyada ən çox qadınların hazırlıqlar gördüyü gündür. Qadınlar həyat yoldaşlarına, sevgililərinə xüsusi jestlər edirlər. Yalnız qızlar oğlanlara şokolad və müxtəlif hədiyyələr alırlar. Qısası, "Sevgililər günü” bir çox ölkələrdəkinin əksinə kişilər qadınlara deyil, qadınlar kişilərə hədiyyə alırlar.

Yaponiyada bu adət 1958-də Mary Chocolate adlı bir şokolad markasının "Sevgililər günü”nü ölkədə tanıtmaq üçün qızların oğlanlara şokolad almağına yönlənidrən bir kampaniya təşkil etməyi ilə başlayıb və bugünə kimi davam edir.

Və bir ay sonra "Ağ gün” adlandırılan bir gün qeyd olunur ki, həmin gün 14 fevralda qadınlardan hədiyyə alan kişilər öz borclarından çıxırlar.

Çində 14 fevral Ay təqviminə görə qeyd olunur.

Çində bu gün Ay təqviminin yeddinci ayının yeddinci günündə qeyd olunur. Ay təqviminin hər il 10 gün dala, ya da qabağa çəkilməsi səbəbilə bu günün tarixi hər dəfə dəyişir. Çində bu gün Qixi festivalı təşkil olunur. Özlərinə məxsus paltarlar geyinirlər, rəqs edirlər, hər il 77 cütlük öz sevgi hekayələrini xalqa danışdıqdan sonra evlənirlər.

Fransa romantik bayramların əsl ünvanıdır

Fransanın paytaxtı Paris dünyanın ən romantik şəhərlərindən biri olaraq qəbul olunur. Parisin sehirli ab-havasının təsirindəndir ki, bu şəhər "Sevgililər günü”nün ən romantik qeyd olunan şəhərlər siyahısında birincidir.

Qadağa olunmuş ölkələr

2002-ci ildə Səudiyyə Ərəbistanında qeyd olunması qadağan olunub, bununla yanaşı İranda 2011-ci ildə bu gün üçün xüsusi hədiyyə satışına qadağa qoyulub. Malaziya, Özbəkistan və Pakistan da 14 fevral Sevgililər günün qeyd etməyən ölkələrdəndir.




İmza:
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK