ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Cəmiyyətdə seçkiylə bağlı yüksək-əhval ruhiyyə var” - MÜSAHİBƏ

Azər Badamov: “Ölkəmiz ilin istənilən vaxtında seçki keçirilməyə hazırdır”

6356    |   2018-02-14 11:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili Azər Badamov "Ədalət" qəzetinə müsahibə verib. O, müsahibəsində seçki hazırlığı və digər məsələlər barəsində danışıb.

-Azər müəllim, prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq seçki marafonu başlayıb. Siz necə düşünürsünüz, cəmiyyətdə seçki ab-havası varmı?

- Qeyd etdiyiniz kimi aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Sərəncam imzalanandan sonra artıq namizədlərin qeydiyyata alınması prosesi gedir. Bu günə bir neçə nəfər prezdentliyə namizəd olmaq istəyi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib və onlardan qeydiyyata alınanlar da var. Seçkiyə hazırlıq prosesi Konstitusiyaya uyğun şəkildə gedir. Cəmiyyətdə də seçkiylə bağlı yüksək əhval-ruhiyyə var. Düşünürəm ki, 11 apreldə Azərbaycan Respublikası Prezdentliyə seçkilər çox yüksək səviyyədə və demokratik şəkildə keçəcəkdir.

- İqtidar artıq namizədini bəlli etdi. İqtidardan fərqli olaraq müxalif cəbhədə hələ də fikir ayrılıqları mövcuddur. Ümumiyyətlə seçkinin qabağa çəkilməsi müxalifəti zəiflətmək üçün həyata keçirilən proses kimi də dəyərləndirirlər. Sizcə, müxalifətin seçki şansları hansı səviyyədədir?

- Seçkinin qabağa çəkilməsi heç də müxalifəti zəiflətmək üçün həyata keçirilən proses deyil. Ölkəmiz ilin istənilən vaxtında seçki keçirilməyə hazırdır. Seçkilərdə kifayət qədər müxalifət nümayəndələri də iştirak edəcək. Heç də şərt deyil ki, ölkədəki bütün müxalif qüvvələr seçkidə iştirak etsin. Seçkiyə müəyyən qədər xalqın içində dəstək qazanmaq ehtimalı olan siyasi təşkilatların nümayəndələri iştirak edirlər. Əgər kimsə seçkiyə qatılmaqdan imtina edirsə, bu, o anlama gəlməməlidir ki, kimsə seçkini boykot edir. Bu heç də belə deyil. Bu o deməkdir ki, o ifadəni işlədənlər bilirlər ki, seçki onlarlıq deyil. İştirak etsələr də onlara xalqın heç bir dəstəyi yoxdur. Ona görə də belə açıqlamalar verməklə şou xarakterli çıxışlar edirlər. Yəni özlərinin də olduqlarını insanların yadına salmaq istəyirlər. Seçkilər ölkəmizdə tam şəffaf və demokratik təşkil olunacaq və bütün namizədlər öz namizədliyini sərbəst şəkildə müdafiə edəcəklər. YAP-ın da namizədi xalqın içində hamının dəstəklədiyi və sevildiyi cənab İlham Əliyevdir.

-Milli Şura və prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edən bir neçə şəxs artıq baykot qərarı verib. Sizcə, baykot qərarı nə dərəcədə keçərli ola bilər?

- 90-cı illərin əvvəlində Xalq Cəbhəsi hakimiyyətdə olanda belə ifadələr tez-tez eşidilirdi. O zaman parlamentdə səlahiyyətləri dondurmaqla bağlı ifadələr səsləndirilirdi. Görünür o donduranların donu hələ də açılmayıb. İndi də baykot ifadəsini işlədirlər. Yəni bugünkü cəmiyyətdə belə ifadələr insanlarda gülünc doğurur. Ölkəmiz uğurlu bir inkişaf yolu keçib, XXI əsrdə yaşayırıq, cəmiyyət inkişaf edib, amma çox təəssüf ki, donduranlar və baykot edənlər hələ də 90-cı illərin əvvəlində qalıblar. Bugünkü inkişafdan, tərəqqidən xəbərləri yoxdur. Onlar hələ də dərk etmirlər ki, dondurmaqları və baykot etməkləri cəmiyyəti maraqlandırmır.

-Artıq Rusiya və ABŞ kimi ölkələr seçkiyə münasibətini ortaya qoyub. Ancaq bu məsələyə ikili yanaşanlar da var. Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-Kiminsə ölkəmizdə keçiriləcək seçkiyə münasibətin necə qoyulması bizi düşündürməməlidir. Bizi düşündürən xalqın iradəsi olmalıdır. Əgər iqtidar xalqın iradəsini ifadə edirsə və xalq dəstəyini verirsə, xarici müdaxilələr heç vaxt effektiv olmur. Azərbaycan sürətlə inkişaf edən ölkədir.

Ölkəmizdəki bu inkişafı gözü götürməyənlər də çoxdur. Ona görə də ölkədə keçirilən hər bir siyasi proses ərəfəsində bizə təhdidlər başlanır. Biz buna artıq öyrəşmişik.

Aprelin 11-də keçiriləcək seçkilər zamanı da belə hallar baş verərsə biz bunu adi qəbul etməliyik və imkan verməməliyik ki, kimsə gəlib ölkəmizdəki sabitliyimizə xələl gətirsin.

- O da qeyd olunur ki, prezident seçkilərindən sonra ölkədə yeni ab-hava yaranacaq sizcə hansı addımların atılacağı gözlənilir?

-Təbii ki, seçkilərdən sonra ölkədə yeni abı-hava yaranacaq. Seçkidən sonra prezdent yeni komanda formalaşdıracaq. Yeni komandada daha effektiv işləyən və xalqın məmnunluğunu qazanmış şəxslər təmsil olunacaq.

Məhz ölkə başçısının rəhbərliyi ilə yeni bir güclə yeni sosial -iqtisadi islahatların keçirilməsinə start veriləcək. Konstitusiyada edilən dəyişikliyə görə, bu seçkidən sonra prezdentin səlahiyyət müddəti 7 ilə qaldırılmışdır. Prezidentin səlahiyyətinin də uzun müddətli olması başlanılacaq, yeni islahatlar paketinin uğurla həyata keçirilməsinə şərait yaradacaqdır.


Ədil Ədilzadə




İmza:

İ. İSMAYILOV: “Mən hüquqşünasam və qanunlara hörmət edirəm”

Fransada yaşayan azərbaycanlı rejissorla müsahibə

Millət vəkili: "Özümü ürək əməliyyatından çıxan biri kimi hiss etmirəm"

“Cəmiyyətdə seçkiylə bağlı yüksək-əhval ruhiyyə var” - MÜSAHİBƏ

“Psixiatra gəlmirlər ki, mənə dəli deyəcəklər, alan olmayacaq” - MÜSAHİBƏ

"Gənclər prezidentin ətrafında sıx birləşməlidirlər" - MÜSAHİBƏ

Anam şeir yazdığıma görə məni döydü... - MÜSAHİBƏ

Özümlə söhbətim

İsgəndər Həmidov: “Yalandı, mən onu vurmamışam” - MÜSAHİBƏ

Tofiq Zülfüqarov: “Ən yaxşı yol ondan ibarətdir ki, nazir getsin Milli Məclisə və desin ki...”

Elçibəy - "Heydər Əliyev gəlsə, qurban da kəsərəm" - deyib

“Alimentin ödənilməsində yeni mexanizmlər tətbiq olunmalıdır” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK