ANA SƏHİFƏ / Layihə

POEZİYAMIZIN İSTİQLAL CARÇILARI

4298    |   2018-02-14 00:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycanda istiqlal bir xəyal kimi tez gəlib keçdi. Vətənin başı üzərində qorxunc aprel küləkləri əsərək Şimalın soyuq "səmumu" ilə ilıq, səmimi ürəklərə qənim kəsildi. 1920-ci ilin 28 aprel tarixində Azərbaycan Cümhuriyyəti torpaqları Qızıl Ordu tərəfindən işğal olundu. Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində bu dövrü diqqətlə araşdıran akademik B.Nəbiyev mülahizələrinə obrazlı şəkildə yekun vuraraq yazır:
"Cəlladlar öz qara əməllərini bir qayda olaraq gizlincə icra edir, xalq arasında böyük nüfuza malik olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərini xəlvətcə ilim-ilim itirirdilər".
XX əsrdə "23 ayın", "azadlıqın", "istiqlalın" həsrətini çəkən Azərbaycan xalqı yeni Cavidlər, Cavadlar, Müşfiqlər, Hadilər, Üzeyirlər dünyaya gətirdi. Azərbaycan xalqı bitib-tükənməyən sərvətinin sonsuzlugunu düşmənə bir daha sübut etdi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi bir cox şairlərimiz xalqı əsrimizin sonlarında azadlığa səsləyən və bu azadlığı sonsuza qədər əldə etməyə nail olan sənətkarlarımız doğuldu.
Milli istiqlalımızın poetik nəğməkarı, azadlıq və demokratiya uğrunda hərəkatın inkişafında tarixi xidmətləri olan ziyalılardan biridə xalq sairi Xəlil Rza Ulutürkdur. Şair XX əsrin 50-ci illərində yaradıcılığa başlayıb, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşən İkinci Respublika dövrünün yasaq çərçivələrini parçalayıb əsərləri və ictimai fəaliyyətilə rejimə meydan oxuyan, 80-90-cı illərdə Azərbaycanın azadlığı və istiqlalı uğrunda mübarizəni öz yaradıcılıq və vətəndaş amalına çevirən görkəmli xalq şairimizdir. "Böyük məsuliyyətlə və özünə qarşı amansız tələbkarlıqla hüdudlanan fasiləsiz idrakı axtarışlar və tapıntılar Xəlil Rza Ulutürkün lirik qəhrəmanının başlıca əlamətlərindən biri, bəlkə də birincisidir".
Vətənin azadlıqı, isdiqlalı üçün səsini ucaldan şair:

Vətən özümüzü dərk etməyimiz,
Daim fikrimizin yeniləşməsi,
Mənim nəfəsimlə, sənin əlində
Tarix qatarının, yeyinləşməsi:
...Alın paltarında nadan görəndə
Bir az addımını ləngidir Vətən,
Mərdlərin əliylə ağ ciyərlərin
Üzünə çırpılan sillədir Vətən.

"Böyük sairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: "Xəlil Rzanın böyüklüyü ondadır ki, o doğma törpağının azadlığı, xalqının səadəti yolunda öz canından belə keçməyə hazır olan, son dərəcədə cəsarətli, qeyretli şair-vətəndaş idi. Onun zəngin və mərdanə poeziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdı".
Xəlil Rza Ulutürk yaradıcılığında türkçülük, turançılıq, türk birliyi gücünü hər zaman "Azadlıq meydanı", "Qalx ayağa, Azərbaycan", "Sən alçaqsan", "Boz qurda öygü", "Azərbaycan türkcəsi", "Türk" və s. şeirlərində tərənnüm etmişdir.
Əlizadə Əsgərlinin dediyi kimi: "... Xəlil Rza Ulutürk poeziyası istiqlalçılıq, azərbaycançılıq, türkçülük, islamçılıq, şüur və məfurəsi ilə zəngin olan milli ideal və xalq taleyini daha ciddi əks etdirən humanist və xəlqi poeziya kimi ədəbi və həmişə bizimlədir".
Bir sözlə desək, Xəlil Rza Ulutürkün, milli azadlıq və demokratiya uğrunda hərəkatın inkişafında tarixi xidmətləri böyükdür. Bu ziyalılardan biridə dahi şairimiz Bəxtiyar Vahabzadədir ki, o da 60-cı illərdən başlayan milli azadlıq hərəkatının fəallarından idi. Şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Xalq şairi, filologiya elimləri doktoru, professor, Azərbaycan MEA-nin həqiqi üzvü, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, millət vəkili, ən önəmlisi də millətinin azadlığı uğrunda qələmini süngiyə çevirmiş Bəxtiyar Vahabzadə. Yaşar Qarayevin dediyi kimi: "Bəxtiyar Vahabzadə üçün ayrıca bir "tarixilik" anlayışı yoxdu; ayrıca bir ənənəvi, milli xarakter; ayrıca bir müasir "intellektual qəhrəman" yoxdur. Onun üçün yalnız eyni, vahid, yekparə varlıq-müqəddəs, ədəbi Azərbaycan vardır".
1943-cü ildən "Ana və şəkil" ilk şeirini çap etdirən şair dövrü mətbuatda, ardıcıl olaraq şeirləri, elmi məqalələri dərc olunur.
"Mənim dostlarım" ilk kitabında faşizmə qarşı mübarizədə qalib gəlmiş xalqın duyğu düşüncələrini əks etdirən lirik şeirləri bu kitabda öz əksini tapmışdır.
"İkinci səs", "Vicdan", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dün-ya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar agacı", "Rəqabət" (1960-2003) bu pyeslər Azərbaycan Dövlət Milli Dram teatrında tamaşaya qoyulmuşdu.
O, hələ 1958-ci ildə yazdıgı "Gülüstan" poemasına görə "millətçi" damğası vurularaq 1962-ci ildə Azərbaycan Dövlət Universitetindən xaric edilir.
Poemada iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş şair, rus və fars imperiyasının pəncəsi altında uğrunda ədalətli mübarizəsinə qoşulmuşdu. Şair Sovet rejimində milli varlığı tapdanan, hər cür zülmə məruz qalan millətinin dərdini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poema və pyeslərində öz xalqının dərdlərini dilə gətirmişdi. Sovet rejimi dövründə yazılan bu səpgili şeirlərini şair yalnız Sovet İttifaqı dağılandan sonra, "Sandıqdan səslər" başlığı altında nəşr etdirir.
20 yanvar faciəsinə indiyədək cox əsərlər, məqalələr, şeirlər yazılıb. Lakin bu faciəyə yüksək səviyyədə həqiqi siyasi qiymətini öz qələmiylə Bəxtiyar Vahabzadə verib.
Şairin "Şəhidlər" kitabında gedən "Nə istəyir bu millət?", "Təzadlar içində", "Eşq olsun sizə", "Matəm mərasimi", "Xəcalət", "İlham-Fərizə", "İki gün sonra", "Şəhidlər", "Son" kimi xalqın agrı-acılarını göstərən şeirlər şairin bu hadisəni əks etdirən dəyərli əsərləridir.
"Şəhidlər" şeirində

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayragı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

Bəxtiyar Vahabzadə bir vətandaş kimi öz duyğularını, millətinin bu acı anlarını şeirlərində əks etdirir, xalqı ilə bərabər "qara yanvarı" yaşayır. Xalqın dərdinə şərik olan şair hər zaman millətin azadlığı, istiqlalı uğrunda qələmi ilə mübarizə aparmış, şeirlərində türk xalqının qanı bahasına olsa belə heç vaxt məğlub olmayacağını hər bir misrasında səsləndirir.
Çingiz Aytmatov dediyi kimi: "Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək-tənha qalanda da bir neçə kəlmə ilə "Həyat nədir?" sualına cavab axtaranda da yalnız sözü fikirdən, obrazlardan, ruh və nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, düşüncülərinə qol-qanad verir. Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir".
Azərbaycan xalqı XX əsrin əvvəllərində 23 ayda qoruyub əldə saxlaya bilmədiyi azadlığına, 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin güclü siyasəti və vətən oğullarının, şəhidlərimizin tokdüyü qanı bahasına yenidən qovuşdu. Bayragına, gerbinə, müstəqilliyinə sarılan millət bir daha sübut etdi ki, Azərbaycan Dövləti gec də olsa itirdiklərinə sahib çıxır.
Hadinin dediyi kimi:
"Əgər vətən azadlıq, istiqlaliyyət kimi müqəddəs nemətlərdən məhrum isə, onda bəs onun nəyi vardır?"
XXI əsrdə Azərbaycan xalqı bir daha sübut etdi ki, onun "azadlığı", "istiqlaliyyəti" və ən güclü dövlətlər sırasında dayanacaq "qüdrəti" vardır.

Göyərçin Abid qızı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-10-19
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK