adalet.az header logo
  • Bakı 7°C
13 Fevral 2018 17:01
16556
MƏMLƏKƏT
A- A+

Aqil Abbas spikerdən nə xahiş etdi?

"Ağcəbədidə 10 min nəfərin təbii qazla bağlı şikayəti var. Onlar bu şikayəti sizə çatdırmağımı istədilər”.

Adalet.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas "Qaz təchizatı haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu gün Ağcəbədidə 135 min əhali yaşayır, onun 125 mini təbii qazla təmin edilib:

"Ağcəbədi rayonu Bayat kəndində illərdir təbii qaz yoxdur. Baxmayaraq ki, onun yaxınlığında Ağdam və Ağcəbədinin digər kəndləri qazla tam təmin olunub. Təəssüf ki, Rövnəq müəllim burada deyil, bu məsələni ona şəxsən çatdırardım. Lakin həm vətəndaşlar Milli Məclisin spikeri, həm də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin müdiri olaraq bu şikayəti sizə çatdırmağımı istədilər. Bu problemin qısa zamanda həllinə dəstək verməyinizi istərdim”.