Qızım...

İRADƏ TUNCAY
74997 | 2018-02-13 16:41

Dəfələrlə görüşmüşdük onunla. Niyəsə heç üzcizgilərinədiqqət eləməmişdim. Ölüm xəbərini alandan şəkillərinə baxıram. Atasına çox bənzəyir. Görmədiyiatasına. Daha doğrusu, görüb də atası olduğunuhiss etmədiyi atasına. Ömrü boyu bu adın kölgəsi yaşatdı onu. Bu dünyayla vidalaşandada nəhəng atasının adıyla getdi -Cəfər Cabbarlınınqızı vəfat etdi dedilər. Uzun ömür yaşadıGülarə xanım. Gənc ikən ölüm adlanan o geniş körpüdən keçən atasının da əvəzinə yaşadı sanki.Həyatı boyunca da atasının xatirəsinyaşatdı. Yaşadığı məmləkətdə nə qədər insana ad vermiş atanın qızı Gülarə. Bəlkəvaxtı çatsaydı Gülarəni də hansısadramın baş qəhrəmanı edərdi. Amma özündənsonrakı dramın həyat adlanan səhnə təcəssümüGülarə xanımın əlində oldu. Əlbəttə, ailə dəbuna rəvac verirdi - ömür-gün yoldaşı Seyfəddin Dağlı daçox zəhmət çəkirdi. Amma... Yenə əsas yük təbii ki, Gülarə xanımınidi.

Bütün xatirələri belə başlayırdı- anam deyərdi ki... Nə qədər söhbətləreləmişik onunla. İndi gözlərini yumduğu evintikilməyindən, atasının dostlarından, evin səs-küylü vaxtlarından, əsərlərin yazılmaprosesindən danışmışdı. Heykəlin qoyulmasından danışmışdı.....

Bakıdakı məşhur heykəllərin yanından ötüb keçəndə bəlkə hansınızınsa ürəyində bir hiss, bir duyğu oyanırsavə bu duyğularsizi məcbur eləyirsə ki, qayğılaraltında əzilən varlığınızıdikəldib yuxarıya baxasınız, nə görəcəksiniz,kimi görəcəksiniz? Sizi ucalığa, işığa səsləyənlərimi, ya sizi alçaldıb rəzil eləyənlərimi? Heykəllərsizin yaddaşınızda hansısa ötüb getmiş bir xatirəni canlandırabilirmi? Əgər bilirsə, bu soyuq daşların sizin taleyinizdə, həyatınızda azacıq da olsa hərarət, istilikpayı var. Heykəllərində insanlar kimi qəribə taleyi olur. Təntənələrləhündür məqamlara qalxırlar,eyni təmtəraqla da vaxtilə onlara əl çalanların ayaqları altınadüşürlər. Bəzən də sökülmürlər, ammaxidmət etdikləri ideologiya lazımsız, gərəksiz olur.Böyük istedadlarını, ilhamlarınısərf edib yaratdıqları lazımsız, gərəksizolur. Bax o zaman həmin bu heykəllər soyuq daşdan başqa bir şey olmayacaq.

Bəziləri əllərini qaldırıb xoş gələcəyə də baxırlar.Düşüncəli, düşüncəli əlləri qoynundabu millətin sabahı nə olacaq da deyirlər.

Cabbarlının heykəli şəhərin ən gur, izdihamlıbir yerindədi. Dayandığı yüksəklikdən aşağı baxır.Baxır və ömrü boyu dərdləriniyazdığı xalqının - alçaldılmış, təhqir olunmuş, həyatın dibində yaşayaninsan mənzərələrini görür. Bu yer qəribə bir yerdir və Cabbarlı bizə eləburdan baxmalıydı.

Narahat idi Gülarə xanım.Bu günün insanının Cabbarlını anlamayacağındannarahat idi...

Yaradıcı insanların yaradanlabirbaşa təması var. Yaradan öz övladını yer üzünə göndərib sonra çarmıxda əzab verdi. Yaradıcılar öz övladlarını bu dünyaya gətirib çarmıxdan da betər əzablara düçar etdilər, sürətli templə yaşayıb35 yaşında bu dünyadan köç eləmiş bir insanın memuaryazacaq imkanı olacaq deyildi.Onun kim olduğunu,nəçi olduğunu təbiiki, əsərlərindən öyrənməyə cəhd eləmək olar. Bioqraflarsənətkar ömrünü xronoloji ardıcıllıqlayaza bilirlər. Amma bu xronologiya20 yaşlı bir gəncinbəlkə 50 yaşlı müdrik bir insanın ürəyindənkeçirə biləcəyi hissləri, ağrıları necə anladığının, yaşadığınınizahını verə bilmir. 35 illik həyatında hər qəhrəmanı ilə yaşadığı insan ömürlərini hesablasaq, o, bəlkə 135 il yaşamışdı.Böyük sənətin gözəgörünməz alt qatlarındaböyük ağrı yatır. Və bir gün bu ağrıözünə yol tapıb üzə çıxırsa,qəlpə-qəlpə aləmə səpələnirsə,bu istedaddır... Bu istedad insanın fiziki ömründən kəsib,mənəvi ömrünə əbədiyyət calaya bilər!

Gülarə xanım daşıyırdı bu ağrıları....

Bu dünyanı yaradanmı yaratdı,yaradıcılarmı? Kimə inanaq, onamı, yaradıcılaramı, gözümüzlə gördüklərimizəmi?Və gördüklərinizin ürəyinizdə şəkk-şübhətoxumları səpdiyi olubmu heç.... Gülarə xanımdaşıyırdı bu ağrıları.

O yerdə ki, havasız birmühitdə bir udum havanın, çirkabın içindəbir içim suyun həsrətindəsən- çırpınıb-çabalayıb özünüqurtarmaq istəyirsən, uzaqdan ilğım kimi bir yol görünür.Bir Ağ yol. Gülarəxanım atasının ardıyca getdi. Ölüm adlanan oməchulda atası ürək dolusu - QIZIMdeyəcək bəlkə?

İnsan da nədir - əvvəli torpaq, sonu torpaq...

İradə TUNCAY

[email protected]


TƏQVİM / ARXİV