ANA SƏHİFƏ / HADİSƏ

Ağdamda kabel oğurları tutuldu

3272    |   2018-02-13 17:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vətəndaşların haqlı narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevralın 11-də Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və kəndlərdə ayrı-ayrı subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanaraq istintaqa təhvil verilib. Araşdırmalarla onların Ağcabədi rayon sakini Məmmədbağır Misirov və Ağdam rayon sakini Atapur İsmayılov olduğu müəyyən edilib.

Aparılan əməliyyat tədbirlər ilə onların Ağdam rayonunun 5 kəndindən – İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xındırıstan və Üçoğlan kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən naqillərin ümumilikdə 400 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK