adalet.az header logo
  • Bakı 7°C
13 Fevral 2018 15:59
21170
MARAQLI
A- A+

Dünyanın məşhur qumarxanaları













THE BELLAGİO


"Bellagio Hotel and Casino” qumarxanaları ilə məşhur olan Las Veqasda olduğunu deyək. "MGM Resorts İnternational”a aid olan məkan luks qumarxanası ilə dünya səviyyəsində ad qazanıb. Olduqca lüks hazırlanmış poker otaqları, qumarxana aparatları və peşəkar işçiləri ilə yüksək xidmət verən otel şübhəsiz ki, iflas bayrağınızı qaldırmağınıza kömək edəcək.

Bellagio haqqında bildiyimiz bir məlumat isə müştərilərin bura ən çox iki köpəyini gətirə bilmələridir. Təbii ki, bu qumarxanda işləyənlərin üzünə yumruq atmağın qadağa olduğunu nəzərinizə çatdırsaq daha yaxşı olar. Ancaq əlavə pul ödəməklə qarınlarına yumruq ata bilərsiniz. Bellagio kazinosunda Mişelin ulduzlu aşpazların hazırladığı nəfis yeməklər sayəsində saatlarla qumar oynaya bilərsiniz. Burada işləyən aşpazların arasında Todd English, Michael Mina kimi tanınmış adamların olduğunu da bilsəniz yaxşı olar.


THE RİTZ CLUB


Siyahımızda olan ikinci luks qumarxana isə Londonun məşhur məkanlarından biri "The Ritz Club”dur. Cəmiyyətin yuxarı təbəqəsinin simvolu sayılan bu məkana yalnız klub üzvlərinin girə biləcəkləri şübhəsizdir. Ayrıca, klubun müştəriləri qumarxanada heç bir şey üçün gözləmirlər. Nəticədə 24 saat boyunca xidmət göstərən luks qumarxana, pul paylamağa yer axtaran varlı adamların düşkünü olduğu məkanlardan biridir.


CASİNO DE İLBİZA


Bilirsiniz ki, qumarxanalara uşaqlarınızla birlikdə gedə bilməzsiniz. Ancaq bu məkanda vəziyyət biraz başqadır.Çünki məkanda uşaqlara baxmaq üçün baxıcılar da var.Yəni siz rulet masalarında rahat-rahat pul xərcləyərkən uşaqlarınız da bir tərfədə özləri üçün əylənə bilirlər.


PARK HYATT MENDOZA


Bu məkanda 656 qumar aparatı və 22 oyun masası var. Bu luks oyun masaları günorta 2-dən səhər 6-ya kimi xidmətinizdədir. Ayrıca İspan memarlığının möhtəşəm nümunəsi olan bu binanın hər bir detalı modern və luks üsnürlərlə bəzədilib.


THE COSMOPOLİTİAN


Las Veqasın ən luks qumarxanalrından biri də bu məkandır. Las Veqasa gələnlər Nyu York da bir pulqabı üçün minlərlə pul xərcləyənlərin də Los Anceles küçələrində milyon dollarlıq maşınlara minənlərin əksinə bu məkanı pul dağıtmaq üçün üstün yer bilirlər. Bu qumarxana 9300 kvadratmetrlik ərazini əhatə edir. Müştərilər hətta telefonlarından da poker ya da blackjack masalarına qoşula bilirlər.


CASİNO DU LİBAN


Behrudun 22 kilometr şimalında yerləşən bu qumarxana 3250 kvadrat metrlik ərazini tutut. 400 oyun aparatı və 60 oyun masası var. 5 restoranı, gecə klubu olan bu məkan 1959-cu ildə açılıb və 1989-cui ildə bağlanıb. 1986-ci ildə 50 milyon dollarlıq təmirdən sonar yenidən insanların xidmətinə verilib. Bugün qumarxanaya illik gəliri 33 min dollardan az olmayan hökümət işçilərinin girməyi qadağandır.