Cəfər Cabbarlının qızı dəfn olunub
"Təzə pir” məscidində Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, mərhumun ailə üzvləri və başqa şəxslər iştirak ediblər.
Vida mərasimindən sonra G. Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, 1930-cu ildə anadan olan G. Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib. 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub. G. Cabbarlı fevralın 12-də dünyasını dəyişib. Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.
Digər Xəbərlər
23 Aprel 2024 17:31
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Aprel 2024 16:18Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı: İlk sərhəd dirəyi quraşdırıldı - YENİLƏNİB
23 Aprel 2024 14:57İstanbul valisindən saxta erməni soyqırımı tədbirlərinə YASAQ
23 Aprel 2024 13:38