ANA SƏHİFƏ / İDMAN

Karate Federasiyasında yeni təyinatlar

4163    |   2018-02-13 16:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Karate Federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini, yeniyetmə və gəncləri çalışdıran Anar Allahverdiyev icra edəcək.

Adalet.az xəbər verir ki, bu barədə federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə yığıncağında açıqlanıb. Federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, eləcə də İdarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıda qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.

Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nəaliyyətlər qazanmaq uğrunda yönəldəcəyini söyləyib. Yığıncaqda həmçinin milli komandanın qarşıdakı nüfuzlu yarışlara hazırlıq işləri, vitaminləşdirmə, dopinq nəzarətinin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub.



İmza:
SON XƏBƏRLƏR
2018-04-25
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK