Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Sakaryada Xocalı parkı və abidəsi açıldı Adalet.az | Sakaryada Xocalı parkı və abidəsi açıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Sakaryada Xocalı parkı və abidəsi açıldı

4800    |   2018-02-13 15:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sakaryanın ən böyük bölgələrindən biri olan Ərənlərin mərkəzində Xocalı parkı və abidəsinin açılışı olub.

Adalet.az xəbər verir ki, açılış mərasimində Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalıları, Sakarya bələdiyyə başqanı və valisi, Ərənlər bələdiyyə başqanı, İLESAM başqanı, QHT, media nümayəndələri, türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınlar və yüzlərlə yerli sakin iştirak edib.

Layihənin həyata keçirilməsinə dəstək olan İLESAM-ın başqanı Məhmət Nuri Parmaksız Xocalı soyqırımından danışıb və Qarabağ həqiqətlərin dünyaya çatdırılmasında aydınların üzərinə xüsusi vəzifə düşdüyünü bildirib.

O, Ərənlər bələdiyyə başqanını "Türk dünyasına xidmət” medalı ilə təltif edib.

Sakaryada və onun bölgələrində Qarabağ, Xocalı parkı və abidələrinin açılması təkliflərinin müsbət qarşılandığını deyən millət vəkili Qənirə Paşayeva Ərənlər bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edib. Deputat bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində "Xocalı”, "Qarabağ” və s. adı ilə abidə və parkların açılması ənənəsi davam edir:

"Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk edilməsi üçün bu abidənin önündə yazılan məlumatların oxnuması kifayətdir. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoyur. Hər bir türk övladı həm də qarabağlıdır. Siz nə qədər qarabağlı olsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdır. Fevralın 26-sı hamımız üçün çox ağır qədim Xocalımızın işğal olunduğu gündür. Birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.

Q.Paşayeva Xocalıda dinc sakinlərin, uşaqların erməni faşistləri tərəfindən vəhşicə öldürülməsindən də danışıb:

"Bu zülmə dünya birliyin səssiz qalır. Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərin ədalət qarşısında cavab vermələrinə nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir. Bir türk xalqının problemi bütün türk toplumunun ortaq problemidir. Sizi Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Ahıskada əziyyət çəkən insanlarımıza köməyi əsirgəməməyə çağırıram”.

Millət vəkili Sona Əliyeva da Xocalı Soyqırımı ilə bağlı geniş çıxış edib və soyqırım törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün türk dünyasının birlikdə çalışmasının vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun rəsmiləri də iştirak ediblər.




İmza:
SON XƏBƏRLƏR
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK