adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Fevral 2018 15:18
11626
DÜNYA
A- A+

Türk və yunan gəmiləri toqquşdu

Türkiyə və Yunanıstan arasında Egey dənizindəki mübahisəli ərazi sayılan Kardakda türk və yunan gəmiləri toqquşub.

Adalet.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazıb.

Məlumata görə, toqquşma zamanı zədə alan yunan gəmisi təmir üçün Leros adasına göndərilib. Toqquşmanın necə baş verməsi məsələsinin araşdırıldığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Sahil Təhlükəsizlik Gəmiləri Kardak adasına gəlmək istəyən Yunanıstan Müdafiə naziri Panos Kamennosun gəmisinin adaya girişinə izn verməmişdilər.