adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Fevral 2018 14:58
11321
GÜNDƏM
A- A+

AzTU-da Şəhidlərin anım günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin fevral ayında anadan olan Şəhid məzunlarının anım günü keçirilib.

Tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov, Şəhidlərin valideyinləri, qohumları, müəllimlər və tələbələr iştirak edib.

Adalet.az xəbər verir ki, iştirakçılar əvvəlcə universitetin Şəhid məzunlarının xatirəsinin əbədiləşdirmək üçün yaradılan abidə kompleksi önünə gül dəstələri düzüb, Vətən uğrunda canını fəda edən igidlərin ruhları qarşısında etiramlarını bildiriblar.

Anım tədbiri AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib.

Prorektor İsa Xəlilov çıxış edərək bildirib ki, Birinci Qarabağ döyüşlərində, həmçinin, ondan sonrakı dövürlərdə sabitliyin bərpa olunması və Azərbaycanın müstəqilliyinə qarşı müxtəlif qəsdlərin qarşısını almaq məqsədi ilə, xüsusi ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə AzTU-nun yüzlərlə məzunu, təhsilini yarımçıq qoyaraq döyüşə atılanəbədi tələbələriŞəhid olub. Prorektor qeyd edib ki, Şəhidlərin yadd edilməsini, təbliğ olunmasını özünə müqəddəs borc bilən AzTU-nun rəhbərliyi bir ənənə olaraq universitetdə onların ad günlərini təşkil edir. Bu ay universitetimizin tələbəsi olmuş 3 Şəhidin - Əliyev Elşad Hacıbaba oğlunun, Mirzəyev Elvin Azadxan oğlunun və Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlunun ad günü olduğunu bildirən İsa Xəlilov deyib ki, Vətənin müdafiəsi üçün canından keçən bu igidlər Azərbaycan xalqının, o cümlədən AzTU-nun müəllimlərinin, tələbələrinin yaddaşlarında daima yaşayacaqlar.

Daha sonra Şəhid Əliyev Elşad Hacıbaba oğlunun anası Flora Əliyeva, AzTU-nun Aprel döyüşlərində həlak olan məzunu, Şəhid Axundov Əbdülməcid Nadirşah oğlunun anası Ceyran Axundova çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüblər.

AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin təsiçisi Zöhrə Məmmədova tədbirdə iştirak etmək üçün universitetə gələn Şəhid analarına təşəkkürünü bildirib və qeyd edib ki, qarşıdakı aylarda da uyğun olaraq digər Şəhidlərimizin anım günləri qeyd olunacaq.