Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Məni başqalarıyla səhv salmayın! Adalet.az | Məni başqalarıyla səhv salmayın! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məni başqalarıyla səhv salmayın!

3509    |   2018-02-13 14:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adil Əliyev,
Milli Məclisin deputatı

Mərdi qova-qova namərd etməzlər. Sözüm yenə Avropada sığınacaq tapıb ağzına gələni danışanlaradır. Mənim və ailəmin amalı hər zaman insanlara xidmət olub, indi də millət vəkili kimi nə mümkündürsə, insanlara kömək etməyə çalışıram, qapım seçicilərin üzünə açıqdır. Ona görə də məni və ailə üzvlərimi başqalarıyla səhv salmayın! Kiminsə malında, pulunda gözümüz yoxdur. Yeganə amalımız prezident və onun siyasətinə dəstəkdir! Bir ətrafa nəzər yetirin, görün nələr baş verir. Azərbaycanımıza sabitliyin və inkişafın davamı lazımdır. Prezidentimizin də vurğuladığı kimi sabitlik əldə etdiyimiz ən böyük dəyərdir, heç bir dövlətin daxili işlərinə qarışmırıq, heç bir dövlətin də Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur, dünyada dostlarımızın sayı artır, yeganə düşmənimiz Ermənistan və dünyadakı erməni lobbisidir. Ermənistanla biz burada mübarizə aparırıq, ancaq xaricdə yaşayan əsl azərbaycanlının amalı həmin erməni lobbisinin yalanları ilə mübarizə aparmaqdır. Belə soydaşlarımız az deyil, ancaq erməni lobbisi ilə ağız-ağıza verərək ölkəsinə və dövlətini təmsil edənlərə nifrət yağdıranlara da rast gəlinir. Müxtəlif səbəblərdən ölkəni tərk edənlər var, bir hissəyilə Avropada təmas imkanım olub, başqa yerlərdə yaşasalar da, ürəkləri vətənlə döyünür, məmləkətin maraqları üçün nəsə etməyə çalışırlar. Ancaq xarici ölkələrdə kiçik azlıq da var ki, yaşadıqları Avropaya uyğunlaşa bilmədiklərindən bütün günü sosial şəbəkələrdən hamıya nifrət və böhtan yağdırırlar.

Dünənki statusumdan sonra xaricdə sığınacaq tapan bəzi "əjdahalar” məni hədəf götürüblər, sosial şəbəkələrdə olmazın sözlərini yazırlar, yenə yalan və təhqir, burda da deyillər ki, məhkəməyə verəsən. Görünür, xaricə qaçmalarının səbəblərindən biri də elə bu idi ki, Bakıda dillərinə gətirməkdən ehtiyat etdikləri tərbiyəsizliklərini Parisdən və Berlindən nümayiş etdirə bilsinlər. Şübhə etmirəm ki, məskən saldıqları həmin Avropa ölkələrində prezidentimizə, tanınmış xadimlərimizə dediklərinin bircəciyini yaşadıqları ölkənin siyasinə və elə sıravi vətəndaşına söyləsəydilər, dərhal məhkəmə kürsüsündə oturub tərbiyəsizliklərinə görə veriləcək cəzanı gözləyərdilər.

İndi də keçiblər Azərbaycanın tanımış şairlərinə, yazıçılarına və digər sənət adamlarına, Yazıçıların Birliyinin sədri Anar haqqında olmazın söyüşlərini işlədirlər. Ziyalılarımız prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər. Bundan sonra Avropadakı "qoçaqlar” başlayıblar həmin şəxsləri adbaad söyməyə, birinin profilinə daxil oldum, tanınmış ziyalılarımızın ünvanına və onların ailə üzvlərinə o qədər söyüş, təhqir və lənət yağdırmışdı ki, heç düşmənimiz olan ermənilər bəlkə də bizə qarşı bu qədər nifrət dolu ifadə işlətməzdi. Sosial şəbəkədə kök salmış həmin tərbiyəsizlərin burdakı liderlərindən biri də onlara müraciət etmir ki, "tənqidlə təhqiri səhv salmayın, bu cür "davranışınızla” bizim də olan-qalan hörmətimizi dibə vurursunuz”. Susurlarsa demək elə liderləri də onlar kimidir, Avropaya köçməyə imkanları olsa dostlarına qoşulub daha çox bağırıb söyüş və təhqirə keçərlər.

Demək, ziyalılarımızı, əsərləri ilə ölkəmizi dünyada tanıtdıran yazıçılarımızı, xalq artistlərimizi bəyənmirsiniz. Yeganə səbəbiniz də odur ki, onlar prezidentimizi seçkilərdə dəstəkləyəcəklərini bəyan ediblər. Nə etməli idilər, ölkəni hakimiyyətdə olduqları qısa dövrdə uçuruma aparan, müxalifətdə ikən isə gah qərbə, gah şimala səcdə edən liderlərinizə dəstək verməli idilər? Elə onlar ona görə ziyalıdırlar ki, yaxşını pisdən ayıra bilirlər. Mərhum prezidentimiz, ulu öndər Heydər Əliyevin və onun varisi hazırki dövlət başçımız İlham Əliyevin də gücü ondadır ki, xalqımızın tanınmış nümayəndələri tərəfindən birmənalı dəstəklənirlər. Bu gücü Heydər Əliyev sizə müxalifətdə olanda da nümayiş etdirib. Sizin hakimiyyətiniz dönəmində 91 tanınmış ziyalı – alim, yazıçı, professor ona dəstəyini ifadə edib, Azərbaycanı xaosdan və anarxiyadan xilas etməyi ona xahiş ediblər. Sizdə müxalifətdəsiniz, bir-iki nəfəri çıxmaqla bəs sizi niyə yaradıcı, ziyalı təbəqə arasında dəstəkləyən yoxdur? 91 demirəm, heç olmazsa 10-ca nəfər də sizə dəstək müraciəti qəbul etsin. Cavabı bəllidir: İnsanlar, o cümlədən ziyalılar sabitliyin və inkişafın davamını arzulayırlar. Siz isə onlara tərbiyəsizlik, xaos və anarxiya vəd edirsiniz. Budur bizim sizdən fərqimiz...




İmza:

YAZARIN ARXİVİ

2018-12-11 : GÜNÜN SÖZÜ
2018-12-10 : ANA KİTAB!..
2018-12-10 : Həyat etüdləri
2018-12-08 : DOST SÖZÜ
2018-12-08 : KƏMALƏ
2018-12-06 : "Foto və Söz"
2018-12-06 : UNUDULMAYAN GÜN
2018-12-04 : Daha olmayacaq
2018-12-04 : Ramin Fərəhli
2018-12-01 : Corc Buş öldü
2018-12-01 : QAZMA MAĞARASI
2018-12-01 : NUR PAYI...
2018-12-01 : Ramiz Rövşən
2018-12-01 : Filoloji esselər
2018-11-29 : NUR PAYI...
2018-11-28 : Sirli Örənqala
2018-11-28 : Mahir Naziroğlu
2018-11-28 : EL SƏNƏTKARIMIZ
2018-11-28 : Sirli Örənqala
SON XƏBƏRLƏR
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK