3 mindən çox azərbaycanlı xaricdə dini təhsil alıb
"Xaricdə dini təhsil alan azərbaycanlıların sayı 3 min nəfərdən çoxdur"
Adalet.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Onun sözlərinə görə, xaricdə dini təhsil alanlar özlərini doğrultmur.
"Onlar oradakı dini ideologiyaların təsirinə məruz qalır və həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər. Din amili onların dövlət quruluşuna, milli mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli mədəni dəyərlərimizə yaddır".
S.Heydərov qeyd edib ki, xaricdə dini təhsil alan arasında işləyənlər də var: "Onlar müvafiq yoxlamalar və attestasiyadan keçib. Bu gün qanun imkan verir ki, xaricdə dini təhsil alanlardan dini ayinlərin icrasında istifadə etmək olar. Lakin xaricdə dini təhsil alıb ölkədə dini ayinlərin icrasında işləyənlərin sayı elə çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir".
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06