adalet.az header logo
  • Bakı 20°C
13 Fevral 2018 13:31
12568
ƏDƏBİYYAT
A- A+

Yazıçı Əfqan: “Mən qadının işləməsinin əleyhinə olmuşam”

"Sizə müsahibə haqda kim tapşırıb?” "Xoş gəldin”dən sonra suallara ev sahibləri başlayır - 90-ı haqlayan yazıçı Əfqan və həyat yoldaşı Səyyarə xanım. Mən də müsahibəyə elə onların suallarından başlayıram.


Adalet.az kulis.az-a istinadən yazıçı Əfqanla müsahibəni təqdim edir.


- Hansı qəzetdir bu, dediniz?


- İndi qəzetlər çox da oxunmur, saytdır. Ədəbiyyat saytıdır.