Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Yılmaz Özdil: Hatay Adalet.az | Yılmaz Özdil: Hatay Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yılmaz Özdil: Hatay

6650    |   2018-02-13 13:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində hər şey 1942-ci ilə başladı.

İkinci dünya müharibəsinin qızğın vaxtı idi.

ABŞ prezidenti Roosevelt 4 Oskar mükafatı almış John Fordu Ağ evə çağırdı.

Bu görüş sonrası Pentaqonda Hollivudun əlaqə bürosu quruldu.

*

O günə qədər hindular düşmən idi. Məsum insanlara hücum edən apaçilər öldürülürdü. O gündən sonra düşmən rolu Almanlara və Yaponlara verildi.

*

Mütləq də tanklı-toplu filmlərə bənzətməyin. Məsəlçün, Kasablanka… Humphrey Bogartla İngrid Bergmanın romantik sevgi hekayəsi vasitəsilə nasistlərdən qaçan müqavimətçilərin ABŞ-a sığınmaq üçün mübarizəsindən danışılırdı. Beləcə… Atlantikin o biri tərəfində yaşanan hadisələrə Amerika xalqının diqqəti yönəldilirdi.

*

70-ci illərdə soyuq müharibənin nəticəsindən düşmən coğrafiyası dəyişdi.

Axmaq və simasız KQB agentləri daima məğlub olur, ağıllı və yaraşıqlı CİA agentləri daima qələbə çalırdı. Üstəlik də Polşa-Macar kommunist qızlarını yatağa atırdılar.

Kommunist qızlar təkcə kommunistlərə aşiq olmurdular, davamlı şəkildə Amerikanlara aşiq olurdular.

*

80-ci illərdə Rokki rinqdə Rusiyalı İvan Draqonun ağzını, burnunu qırdı.

Boks əlcəklərini çıxartdı, başına sarğı bağlayıb Rembo olaraq Vyetnam meşələrinə girdi. Daş qəlbli qıyıq gözlülərin hamısını təkbaşına bıçaqladı.

60 yaşına gəldi, saçları ağardı, pisliklərə biganə qala bilmirdi, insaniyyət naminə yaxşılıq eləməyə davam edirdi, atına mindi, Əfqanıstana getdi, yazıq müsəlman əfqanları işğalçı rusların əlindən qurtardı.

*

Müsəlman aləmi sevindi.

Rembonu alqışladı.

*

Halbuki 2000-ci illərə gəlmişdik.

Növbə bizdə idi.

*

Hindular, nasistlər, qıyıq gözlülər, kommunistlər filan moddan düşmüşdü.

Hollivudun yeni modası müsəlmanlar idi.

*

Amma qəhrəman (!) Amerikalıları illərdir heyranlıqla seyr edən müsəlmanların xəbəri yox idi. 11 sentyabrdan sonra Buşun sağ qolu Karl Rove kino industriyasının əjdahaları ilə Beverly Hillsdə birlikdə "yeni senarilər” qələmə alırdı.

*

( 1 mart 2003 sənədlərinin TBMM-də rədd edilməsindən sonra Amerika seriallarında və Hollivud filmlərində qəfil "Türk terroristlər” peyda oldu. ABŞ-ın ən çox baxılan "kəşfiyyat” serialına Tomas Şerek adlı türk terrorist gətirdilər, seriala görə Tomas türk vətəndaşı idi, İzmirdə doğulmuşdu, türkcə də bilmirdi, ana dili ərəbcəydi, nüvə elektrik stansiyasını partlatdı, ABŞ-ın müdafiə nazirini qaçırtdı. ABŞ prezidentinin təyyarəsini belə vurdu. Amerika xalqının nifrət elədiyi türk terrorist bu işləri təkbaşınamı gördü? Xeyr… Los Ancelesdə qalan, normal bir ailə kimi yaşayan bir hücrə var idi, onlar da türk idi, kapitanları Həbib adlı bir adam idi, o da türk idi. ABŞ-ı bir-birinə vuran, ərəbcə danışan bu türk terrorist Ankaradan, İstanbuldan təlimatlar alırdı, mərkəzi bazaları Türkiyədə idi).

*

( Türkiyəni "terror mərkəzi” olaraq tanıdan bu serial baxış rekordları qırdı. Televiziya Oskarı olaraq dəyərləndirilən "Emmy" mükafatını aldı, biz türkləri terrorist olaraq camaata təqdim edən bu serial beş yerdən "Emmy" mükafatı qazandı).

*

( Bu hələ son deyil… Liviyada ABŞ səfirinin öldürülməsi ilə əlaqəli film də çəkdilər. "Benqazinin gizli əsgərləri” adı ilə tamaşaçıların ixtiyarına verilən filmdə səfirliyin binasını yandıran terrorist üstündə türk bayrağı olan köynək geyinmişdi. " NCIS Los anceles” serialında kalaşnikovlu terroristləri daşıyan gəmi türk gəmisi idi, həmin gəmidə türk bayrağı dalğalanırdı, adı da Həmidiyə idi.

"Out of Reach” filmində Polşadaki türk konsulluğu terror yuvasıydı, üstəgəl, uşaq alveri ilə məşğul olunurdu.
"War Dogs” filmində silah ticarətindən bəhs olunurdu, türk tankları və xüsusən Tayyip Erdoğan göstərilirdi.

*

(Bunun kimi saysız-hesabsız örnəklər var. Hörmətli mətbuatımız bu məsələni şou hesab edirdi amma əslində dünya ictimaiyyətinin beyninə yeridilirdi ki, türklər terroristdirlər.

Yəni terrorist anlayışının kökündə mütləq "türk” anlayışı dururdu. Əziz xalqımızın isə bundan xəbəri yox idi. PKK-ya təşəbbüs göstərən hökümətimizi alqışlayırdılar.

*

Və başqa bir şey də dəbə minmişdi. Hollivudda az deyilmiş kimi həyatda da rol oynamağa başlamışdılar.

*

Xoş niyyətli elçi rolu.

*

Əvvəlcə Brooke Şilds, BMT xoş niyyətli elçi rolunu oynadı.

Xoş niyyətini göstərməkçün Basradakı Amerika təyyarəsi gəmiyə endi, dənizçilərə xoş niyyətini göstərdi.

Brooke gəmidən ayrılarkən bu dəfə də dənizçilər öz xoş niyyətlərini göstərdi. Səddamın başına mərmi atdılar.

*

Ardınca Culiya Roberts, Corc Kluney, Andi Qarsiya, Bred Pit və Matt Damon xoş niyyətlərini göstərmək üçün Adana İncirliyə gəldilər.

Xoş niyyətlərini isbatlamaq üçün pilot geyimlərini geyindilər, F16 təyyarələrinə oturub xatirə fotoları çəkdirdilər. Bu xoş niyyətli ziyarətin bütün xərcləri "Ocean”s Eleven” filminin istehsalçısı Varner Bros şirkəti tərəfindən ödənildi.

İncirlikdəki pilotlar da bu xoş niyyətli ziyarətə elə xoş niyyətlə də cavab verib Səddamı bombaladılar.
*

İraqı yox elədilər.

Terminator Bağdada gəldi!

*

Arnold Şvarsneqr İraqdakı ən böyük Amerika bazası Viktoridə xoş niyyətli bir danışığa başladı. "Mən məhvedicini sadəcə canlandırıram, siz isə gerçək məhvedicilərsiniz, hamınızı təbrik edirəm”.

*

Antonio Banderas, Nicole Kidman, Orlando Bloom, Susan Sarandon, Edward Norton, Drew Barrymore, Liam Neeson, Forest Whitaker, Jackie Chan, Danny Glover, Whoopi Goldberg… Hamısı xoş niyyətli elçilərdir.

*

Bir yerə gedirlər.
ABŞ oranı vurur.
Və ya əvvəlcə ABŞ vurur.
Sonra onlar gedir.

*

Ən məşhurları Ancelina Coli.

*

Əfqanıstana getdi, Kosovaya getdi,
Pakistana, Sudana, Liviyaya getdi.
Tunisə, İraqa, Misirə getdi…
Hər getdiyi yer alt-üst oldu…

*

2011-də Türkiyəyə, Suriya ilə sərhəddimizə gəldi!

*

O gündən bəri Suriyada qan su yerinə axır.

O gündən bəri Türkiyə gün üzü görmür..

*

Ayaq basdığı yerlərdə ot bitməyən Ancelina Türkiyəyə gəlməzdən əvvəl sonuncu dəfə hara getmişdi, bilirsiniz?

Suriyaya!

*

Əsma Əsədin dostu idi.

Dəqiqə başı Şama gedirdi, Suriyaya sığınan İraqlıları xoş niyyət göstərirdi.

Hətta Suriyaya üçüncü gedişində Bred Piti də yanında aparmışdı. Bəşər Əsəd idarə maşının sükanın arxasında oturmuşdu, Bred Piti gəzdirmişdi.

*

( Mustafa Kamal Atatürkün diplomatik dahiliyi sayəsində güllə belə atmadan qazandığı, azan səslərinin hüzur içində səsləndiyi paytaxtımız Hatay… Ancelina gələndən bəri tarixinin ən xaotik günlərini yaşayır.

.
Nə olduğu bilinməyən dörd milyon cahil Suriyalı bizə sığındı.
Tankımızla, topumuzla Suriyaya girməyə məcbur olduq.

Hataya raketlər atılır.

17 yaşlı orta məktəb şagirdi Fatma dünyasını dəyişdi.

(Kuvayi Milliye komandiri, Hatay Cümhuriyyətinin ilk və tək prezidenti Tayfur Sökmenin adını daşıyan liseyin şagirdi idi).

*

Ağlımızı başımıza yığıb özümüzə gəlməsək, Denzel Vaşinqtonmu gələr, Sandra Billokmu gələr, daha orasını bilmirəm!




YAZARIN ARXİVİ

2018-12-11 : GÜNÜN SÖZÜ
2018-12-10 : ANA KİTAB!..
2018-12-10 : Həyat etüdləri
2018-12-08 : DOST SÖZÜ
2018-12-08 : KƏMALƏ
2018-12-06 : "Foto və Söz"
2018-12-06 : UNUDULMAYAN GÜN
2018-12-04 : Daha olmayacaq
2018-12-04 : Ramin Fərəhli
2018-12-01 : Corc Buş öldü
2018-12-01 : QAZMA MAĞARASI
2018-12-01 : NUR PAYI...
2018-12-01 : Ramiz Rövşən
2018-12-01 : Filoloji esselər
2018-11-29 : NUR PAYI...
2018-11-28 : Sirli Örənqala
2018-11-28 : Mahir Naziroğlu
2018-11-28 : EL SƏNƏTKARIMIZ
2018-11-28 : Sirli Örənqala
SON XƏBƏRLƏR
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK