adalet.az header logo
  • Bakı 13°C

Yılmaz Özdil: Hatay

13144 | 2018-02-13 13:09

Əslindəhər şey 1942-ci ilə başladı.

İkincidünya müharibəsinin qızğın vaxtı idi.

ABŞprezidenti Roosevelt 4 Oskar mükafatı almış John Fordu Ağ evə çağırdı.

Bugörüş sonrası Pentaqonda Hollivudun əlaqə bürosu quruldu.

*

Ogünə qədər hindular düşmən idi. Məsuminsanlara hücum edən apaçilər öldürülürdü. O gündən sonra düşmən rolu Almanlaravə Yaponlara verildi.

*

Mütləq də tanklı-toplu filmlərəbənzətməyin. Məsəlçün, Kasablanka… Humphrey Bogartla İngrid Bergmanın romantik sevgihekayəsi vasitəsilə nasistlərdən qaçan müqavimətçilərin ABŞ-a sığınmaq üçünmübarizəsindən danışılırdı. Beləcə… Atlantikin o biri tərəfində yaşananhadisələrə Amerika xalqının diqqəti yönəldilirdi.

*

70-ci illərdə soyuq müharibəninnəticəsindən düşmən coğrafiyası dəyişdi.

Axmaq və simasız KQB agentləri daimaməğlub olur, ağıllı və yaraşıqlı CİA agentləri daima qələbə çalırdı. Üstəlik dəPolşa-Macar kommunist qızlarını yatağa atırdılar.

Kommunist qızlar təkcə kommunistlərəaşiq olmurdular, davamlı şəkildə Amerikanlara aşiq olurdular.

*

80-ci illərdə Rokki rinqdə Rusiyalı İvan Draqonun ağzını,burnunu qırdı.

Boks əlcəklərini çıxartdı, başınasarğı bağlayıb Rembo olaraq Vyetnam meşələrinə girdi. Daş qəlbli qıyıqgözlülərin hamısını təkbaşına bıçaqladı.

60 yaşına gəldi, saçları ağardı, pisliklərə biganə qala bilmirdi, insaniyyət naminə yaxşılıq eləməyədavam edirdi, atına mindi, Əfqanıstana getdi, yazıq müsəlman əfqanları işğalçırusların əlindən qurtardı.

*

Müsəlman aləmi sevindi.

Rembonu alqışladı.

*

Halbuki 2000-ci illərə gəlmişdik.

Növbə bizdə idi.

*

Hindular, nasistlər, qıyıq gözlülər,kommunistlər filan moddan düşmüşdü.

Hollivudun yeni modası müsəlmanlaridi.

*

Ammaqəhrəman (!) Amerikalıları illərdir heyranlıqla seyr edən müsəlmanların xəbəriyox idi. 11 sentyabrdan sonra Buşun sağ qolu Karl Rove kino industriyasınınəjdahaları ilə Beverly Hillsdə birlikdə "yeni senarilər” qələmə alırdı.

*

( 1 mart 2003 sənədlərinin TBMM-də rəddedilməsindən sonra Amerika seriallarında və Hollivud filmlərində qəfil "Türkterroristlər” peyda oldu. ABŞ-ın ən çoxbaxılan "kəşfiyyat” serialına Tomas Şerek adlı türk terrorist gətirdilər, seriala görə Tomas türk vətəndaşı idi, İzmirdə doğulmuşdu, türkcə də bilmirdi, ana diliərəbcəydi, nüvə elektrik stansiyasını partlatdı, ABŞ-ın müdafiə naziriniqaçırtdı. ABŞ prezidentinin təyyarəsini belə vurdu. Amerika xalqının nifrətelədiyi türk terrorist bu işləri təkbaşınamı gördü? Xeyr… Los Ancelesdə qalan,normal bir ailə kimi yaşayan bir hücrə var idi, onlar da türk idi, kapitanlarıHəbib adlı bir adam idi, o da türk idi. ABŞ-ı bir-birinə vuran, ərəbcə danışanbu türk terrorist Ankaradan, İstanbuldan təlimatlar alırdı, mərkəzi bazalarıTürkiyədə idi).

*

( Türkiyəni "terror mərkəzi” olaraqtanıdan bu serial baxış rekordları qırdı. Televiziya Oskarı olaraqdəyərləndirilən "Emmy" mükafatını aldı, biz türkləri terrorist olaraq camaatatəqdim edən bu serial beş yerdən "Emmy" mükafatı qazandı).

*

( Bu hələ son deyil… Liviyada ABŞ səfirininöldürülməsi ilə əlaqəli film də çəkdilər. "Benqazinin gizli əsgərləri” adı ilətamaşaçıların ixtiyarına verilən filmdə səfirliyin binasını yandıran terroristüstündə türk bayrağı olan köynək geyinmişdi. " NCIS Los anceles” serialındakalaşnikovlu terroristləri daşıyan gəmi türk gəmisi idi, həmin gəmidə türkbayrağı dalğalanırdı, adı da Həmidiyə idi.

"Out of Reach” filmində Polşadaki türkkonsulluğu terror yuvasıydı, üstəgəl, uşaq alveri ilə məşğul olunurdu.
"War Dogs” filmində silah ticarətindən bəhs olunurdu, türk tankları və xüsusənTayyip Erdoğan göstərilirdi.

*

(Bunun kimisaysız-hesabsız örnəklər var. Hörmətli mətbuatımız bu məsələni şou hesab edirdiamma əslində dünya ictimaiyyətinin beyninə yeridilirdi ki, türklər terroristdirlər.

Yəni terroristanlayışının kökündə mütləq "türk” anlayışı dururdu. Əziz xalqımızın isə bundanxəbəri yox idi. PKK-ya təşəbbüs göstərən hökümətimizi alqışlayırdılar.

*

Və başqa bir şey də dəbə minmişdi.Hollivudda az deyilmiş kimi həyatda da rol oynamağa başlamışdılar.

*

Xoş niyyətli elçi rolu.

*

Əvvəlcə Brooke Şilds, BMT xoş niyyətlielçi rolunu oynadı.

Xoş niyyətini göstərməkçün BasradakıAmerika təyyarəsi gəmiyə endi, dənizçilərə xoş niyyətini göstərdi.

Brooke gəmidən ayrılarkən bu dəfə dədənizçilər öz xoş niyyətlərini göstərdi. Səddamın başına mərmi atdılar.

*

Ardınca Culiya Roberts, Corc Kluney,Andi Qarsiya, Bred Pit və Matt Damon xoş niyyətlərini göstərmək üçün Adanaİncirliyə gəldilər.

Xoş niyyətlərini isbatlamaq üçün pilot geyimlərinigeyindilər, F16 təyyarələrinə oturub xatirə fotoları çəkdirdilər. Bu xoşniyyətli ziyarətin bütün xərcləri "Ocean”s Eleven” filminin istehsalçısı VarnerBros şirkəti tərəfindən ödənildi.

İncirlikdəki pilotlar da bu xoş niyyətliziyarətə elə xoş niyyətlə də cavab verib Səddamı bombaladılar.
*

İraqı yox elədilər.

Terminator Bağdada gəldi!

*

Arnold Şvarsneqr İraqdakı ən böyükAmerika bazası Viktoridə xoş niyyətli bir danışığa başladı. "Mən məhvedicinisadəcə canlandırıram, siz isə gerçək məhvedicilərsiniz, hamınızı təbrik edirəm”.

*

Antonio Banderas, Nicole Kidman, OrlandoBloom, Susan Sarandon, Edward Norton, Drew Barrymore, Liam Neeson, ForestWhitaker, Jackie Chan, Danny Glover, Whoopi Goldberg… Hamısı xoş niyyətlielçilərdir.

*

Bir yerə gedirlər.
ABŞ oranı vurur.
Və ya əvvəlcə ABŞ vurur.
Sonra onlar gedir.

*

Ən məşhurları Ancelina Coli.

*

Əfqanıstana getdi, Kosovaya getdi,
Pakistana, Sudana, Liviyaya getdi.
Tunisə, İraqa, Misirə getdi…
Hər getdiyi yer alt-üst oldu…

*

2011-də Türkiyəyə, Suriya ilə sərhəddimizəgəldi!

*

O gündən bəri Suriyada qan su yerinəaxır.

O gündən bəri Türkiyə gün üzü görmür..

*

Ayaq basdığı yerlərdə ot bitməyənAncelina Türkiyəyə gəlməzdən əvvəl sonuncu dəfə hara getmişdi, bilirsiniz?

Suriyaya!

*

Əsma Əsədin dostu idi.

Dəqiqə başı Şama gedirdi, Suriyayasığınan İraqlıları xoş niyyət göstərirdi.

Hətta Suriyaya üçüncü gedişində BredPiti də yanında aparmışdı. Bəşər Əsəd idarə maşının sükanın arxasındaoturmuşdu, Bred Piti gəzdirmişdi.

*

( Mustafa KamalAtatürkün diplomatik dahiliyi sayəsində güllə belə atmadan qazandığı, azansəslərinin hüzur içində səsləndiyi paytaxtımız Hatay… Ancelina gələndən bəritarixinin ən xaotik günlərini yaşayır.

.
Nə olduğu bilinməyən dörd milyon cahil Suriyalı bizə sığındı.
Tankımızla, topumuzla Suriyaya girməyə məcbur olduq.

Hataya raketləratılır.

17 yaşlı ortaməktəb şagirdi Fatma dünyasını dəyişdi.

(Kuvayi Milliye komandiri, Hatay Cümhuriyyətininilk və tək prezidenti Tayfur Sökmenin adını daşıyan liseyin şagirdi idi).

*

Ağlımızı başımıza yığıb özümüzəgəlməsək, Denzel Vaşinqtonmu gələr, Sandra Billokmu gələr, daha orasınıbilmirəm!


TƏQVİM / ARXİV