ANA SƏHİFƏ / GÜNDƏM

Spikerlə komitə sədri arasında anlaşılmazlıq yarandı

2852    |   2018-02-13 12:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin iclasında spiker Oqtay Əsədovla Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə arasında anlaşılmazlıq yaranıb.

Adalet.az-ın məlumatına görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin təqdimatından sonra çıxış üçün söz Elmira Axundovaya verilib. Lakin komitə sədri Arif Rəhimzadə də danışmaq istəyib.

Daha sonra isə spiker Oqtay Əsədov deyib:

"Arif müəllim siz çıxışa yazılmısınız, ya sual vermək üçün?”

Arif Rəhimzadə isə spikerə belə cavab verib: "Adətən hesabatdan sonra komitənin sədrinə söz verilir. Mən danışmaq istəmirəm. Mənim heç bir sulaım filan yoxdur”.

Oqtay Əsədov isə bildirib: "Çıxış etmək istəyirdinizsə əvvəlcədən məlumat verərdiniz. İstədiyiniz vaxt çıxışa yazılıb fikrinizi bildirə bilərsiniz”.




İmza:
SON XƏBƏRLƏR
2018-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK