“Neftçi”yə Bolqarıstandan rəqib
Adı "Neftçi” ilə hallanan seneqallı futbolçu Xali Tiama daha bir müştəri çıxıb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, yerli "Levski” klubu onun xidmətində maraqlıdı.
Moskva "Dinamo"su ilə vidalaşan 24 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Macarıstan təmsilçisi MTK ilə anlaşmasını pozmağa çalışır. Onun komandada qalmağında maraqlı olmayan macarların buna qarşı çıxmayacağı gözlənilir. Bu halda azad agent statusu daşıyacaq Tiam "Neftçi” və "Levski” arasında seçim etməli olacaq.
Qeyd edək ki, "Dinamo"nun heyətində cəmi 6 matçda iştirak edən Tiam MTK-ya 2014-cü ildə keçib. O, həmin vaxtdan bəri müvafiq olaraq "Çikaqo", "Qaziantepspor" və "Dinamo"da (Moskva) icarə əsasında oynayıb.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03