adalet.az header logo
  • Bakı 11°C
13 Fevral 2018 12:16
10519
GÜNDƏM
A- A+

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyinatı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

Adalet.az xəbər verir ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. Qasım Vəli oğlu Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.