adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Fevral 2018 16:14
13626
İDMAN
A- A+

Millimizin oyunlarının başlama saatı açıqlandı

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi açıqlanıb.

Adalet.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,Azərbaycan yığmasının keçirəcəyi matçların vaxtı və yeri dəqiqləşib. Milimiz ilk oyununu martın 22-i Almaniyaya qarşı keçirəcək.


22 mart

Avropa çempionatı, elit-raund, 7-ci qrup

15:00. Almaniya – Azərbaycan
Neubrandenburq


25 mart

13:00. İrlandiya – Azərbaycan
Qreyfsvald

28 mart

14:00. Azərbaycan – İslandiya
Neubrandenburq