ANA SƏHİFƏ / SAĞLAMLIQ

Yatmazdən əvvəl bunları etməyin!

3460    |   2018-02-13 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxşı yuxu sağlamlığın əsas şərtlərindən biridir. Yuxu zamanı insan orqanizmi bərpa olunur, cavanlaşır.

Yaxşı yuxu insanın sinir, ürək-damar və immun sistemləri üçün xüsusilə vacibdir. Müasir insanlar arasında yuxu problemləri çox yayılıb. Bunun səbəbləri arasında bizim pis vərdişlərimizdir.

Adalet.az Saglamolun.az-a istinadən sizə yaxşı yuxunun əsas düşmənlərini təqdim edir:

1. Yatmazdan əvvəl çimməyin. Bu bədən hərarətinin artmasına səbəb olur ki, insan yuxuya gedə bilmir. Yatmazdan ən azı 1,5 saat əvvəl çimin.

2. Yatmazdan əvvəl telefon, planşet və ya kompüterdən istifadə etməyin. Ekranların göy işığı yuxu hormonu olan melatoninin ifrazını pozur.

3. Çay içməyin. Çay kofeinlə zəngindir ki, bu maddə beyini stimullaşdırır. Həmçinin çayın sidikqovucu xüsusiyyətləri var. Bu da yaxşı yuxuya mane olacaq. Alimlər yatmazdan əvvəl 0,5-1 stəkan su içməyi tövsiyə edirlər ki, insult və infarktın qarşısını alır.

4. Çox yeməyin. Dolu mədə yaxşı yuxunun əsas düşmənlərindəndir. Lakin acqarına da yatmayın.

5. Fiziki işlə, idmanla məşğul olmayın. Fiziki aktivlik insanı gümrah edir, qanda adrenalin, endorfin hormonlarının (xoşbəxtlik hormonları) səviyyəsi qalxır. Bu isə yuxuya getməyə mane olacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK