adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Fevral 2018 11:14
13751
DÜNYA
A- A+

Saakaşvilinin buna haqqı yoxdur

Mixail Saakaşvili Ukraynada siyasətlə məşğul ola bilməz.

Adalet.az xəbər verir ki, bunu Avstriyanın "Profil” qəzetinə müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

"Mixail Saakaşvili Ukrayna vətəndaşı deyil və Ukraynada siyasətlə məşğul ola bilməz. Buna görə də o, bizim qanunvericiliyə uyğun olaraq ölkədən deportasiya edilib. Mənim prezident öhdəliklərim sırasında onun taleyini müəyyənləşdirmək yoxdur. Bununla Miqrasiya Xidməti məşğul olmalıdır. Mən istəməzdim onu Ukraynadan deportasiya edək”, – deyə o bildirib.