ANA SƏHİFƏ / HADİSƏ

Masallı polisi 7 il əvvəl itkin düşmüş qadını axtarır

3614    |   2018-02-13 11:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Masallı sakini itkin düşüb.

Rayonun Təklə kəndində doğulmuş, hazırda Xoşçobanlı kəndində qeydiyyatda olan Məmmədova Ramilə Əsədxan qızı 2011-ci ilin oktyabr ayında yaşadığı evdən çıxıb, indiyədək geri qayıtmayıb. Yaxınları əvvəlcə onun Rusiya Federasiyasına getdiyini zənn etsələr də, sonradan belə olmadığı məlum olub.

Ramilə Məmmədovanın əlamətləri belədir: boyu 148 sm, orta bədən quruluşlu. Evdən çıxarkən əynində ağ-qara rəngli ətək, mavi rəngli köynək və qara rəngli yay ayaqqabıları olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. (apa)




İmza:
SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK