adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Fevral 2018 11:03
10689
İDMAN
A- A+

Reynaldo Qazaxıstan klubunda

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.

Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi hazırda "Aktobe" klubunda baxışdadır. Reynaldo məşqçi heyəti tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Reynaldo bu yaxınlarda transfer olmağa hazırlaşdığı Slovakiyanın "Spartak Trnava" klubundan ayrılıb.