Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | POEZİYAMIZIN İSTİQLAL CARÇILARI Adalet.az | POEZİYAMIZIN İSTİQLAL CARÇILARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

POEZİYAMIZIN İSTİQLAL CARÇILARI

6754    |   2018-02-13 00:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
1918-1920-ci illər milli istiqlalımızı tərənnüm edən şairlərdən Əhməd Cavad, Hüseyn Cavid, Hacı Kərim Sanlı, Abdula Şaiq, Əmin Abid (Gültekin), Məhəmməd Hadi, Cəfər Cabbarlı, Əliyusif Rai, Üm Gülsüm, Davud, Əli Sövqi, Mikail Müşfiq, Salman Mümtaz, Ə.Müznib, İbra-him Şakir, Mətləb oğlu Abıtalıb, Ə.Bağırlı, Məhəmməd Ümid Gəncəli, Dərdli Şair məhz belə bir ictimai-siyasi mühitin istiqlal ideyasının daşıyıcı və təbliğatçılarından biri idilər.
XX əsrin əvvəlləri azadlıq sevinci 23 ayla bitsə də əsrin sonları azadlığımızı, bayragımızı yenidən qazandıq.
Bu illər ərzində Azərbaycan yazıçılarının böyük bir qismi öz inqilabi, mütərəqqi ideyalarını ifadə üçün bəzən simvolik təsvir vasitələrinə və folklor təşhiblərinə də müraciət edirdilər.
Bu söz həm Sabir, Qəmküsar, Əli Nəzmi kimi realistlərə, həm də Hadi, Səhhət, Cavid, Şaiq kimi romantiklərə, həm də Əhməd Cavad, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi azadlıq, istiqlaliyyət arzularıyla yanıb-tutuşan istəklərini qanlarıyla kagıza yazan bu ölməz sənətkarlara aiddir.
Əsrin əvvəllərində yaradıcılıqlarında ictimai məzmun, inqilabi motivlər, vətən sevgisi üstünlük təşkil edən, Hüseyn Cavid, Əhməd Cavad, Üm Gülsüm, Abdulla Şaiq, Məhəmməd Hadi, Abbas Səhhət, əsrin sonlarında isə Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi bütün həyatını amalı yolunda, "parlaq istiqbal" yolunda sərf edən, vətənpərvər şairlərimizin poeziyasında milli azadlıq və istiqlaliyyət mövzusu başlıca yer tutur. Azərbaycan Demokratik Respublikası dövründə yazılmış şeirlərdə isə bu özünü daha bariz şəkildə göstərir. Bu dövrdə yazılmış şeirlərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən, xalqa bəxş etdiyi azadlıqdan, demokratiyadan, sülh ideyalarından həvəslə bəhs edilir, "İqbal", "Yeni iqbal", "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Ədəbiyyat", "Birlik", "Qurtuluş", "Məktəb", "Füqəra fyuzatı", "Şərq qadını" və s. qəzet və məcmuələrdə ardıcıl olaraq çap olunurdu.
Şeirlərdə milli qürur, xalqın əsrlər boyu öz azadlığı yolunda çəkdiyi əzab-əziyyətlər, türklüyə sonsuz məhəbbət hissi çox güclüdür. Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Üm Gülsüm, Abdulla Şaiq, Məhəmməd Hadi, Abbas Səhhət yaradıcılığının ən məhsuldar dövrü 1917-1920-ci illərə təsadüf edir. Bu illərdə Məhəmməd Hadinin "Türkün nəğməsi", "Zəfəri-nəhayəyə doğru", "Şühədayi-hürriyyətimizin ərvahına ithaf", "Qürbət ellərdə yadi-vətən", "Ümid ilə yaşayın!", Üm Gülsümün "Turan düyünü", "Səs verəlim", "Ey türk oğlu", "Çəkil, dəf ol", "Əsgər anası", "Yolunu bəklərdim", Bu yilki mayısda", "Bir qız üçün", "Bayrağın enərkən", "Hicran" , Əhməd Cavadın "Milli bayrağımıza", "Ey əsgər", "Bismillah", "İstanbul", "Qalx", Cəfər Cabbarlının "Sevdigim", "Azərbaycan bayrağına", "Sevimli ölkəm", "Dün o gözlərdə" kimi bir-birindən gözəl şeirlər yazılır.
Üm Gülsüm yaradıcılığında vətən sevgisi bir tərəfdən milli istiqlal uğrunda mübarizə, onun tərənnümü, digər tərəfdən isə xalqı Azərbaycanın milli istiqına səsləməsi, onu qoruyub saxlamaq əsas yer tutur.

Ey Türk, sən ey qəhrəman, yigit oğlu Turanın!
Şanlı, yüksək babanın ögüdünü unutma.
Sən də yürü o yolu.
Yürü, əvət özünü heç bir şeydən qorxutma.

Üm Gülsümü təkcə Azərbaycan türklərinin deyil, bütövlükdə türk xalqlarının taleyi narahat edir. Onun "Turan düdüyü" şeirində bu mövzu özünü daha qabarıq şəkildə göstərir.
Məskənimiz həp fəlakət bucağı,
Bəstərimiz fırtınalar qucağı.
Sönmüşmüdür əcəb Türkün ocağı,
Anadolu nərdə, Turan nərədə?

Və yaxud:

Nalətimə uğramışız həpimiz:
Cavanlarımız, ixtiyarımız, yigitimiz,
Bir sahil yoxmudur çıxa gəmimiz,
Ağlaşır analar, duyan nərədə?

Hadi yaradıcılığında "istiqlal" mövzusu daha üstün yer tutur. "İstiqlalımız parlaqdır", "İrəliyə doğru gedəlim!", "Ümid səhneyi-təmaşayi-həyatın ruhudur" kimi şeirlər bu mövzuda yazılmış əsərlərdir.

Ey ol vəqti görən məsud, unutma bizləri yad et!
Ey yoldu həsrət ilə can verən əhvalı tedad et!
Məzarım üzrə gəl dur, qəmli-qəmli ağla, fəryad et!
Oxu bu şeiri qəbrimdə ələt təkrar evrad et:
Dur, ey zindani nisyanda yatan, azad olub aləm!
Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!

"Azadlıq", "istiqlal" arzuları ilə ruhlanan şair şeirdə öz kədərlərini elə məharətlə qəzəb və intiqam hissinə çevirir ki, bu hisslərinin od-alovunu düşmənin başına tökür. Hadinin yaradıcılığı şeirlərindən ibarət olmamış, o yazdığı məqalələri ilə də xalqa, vətənə xidmət etmişdir.
Abdulla Şaiqin lirikasında vətənin ehtiyac və dərdlərindən, zülüm və istibdadın dözülməzliyindən,"çörək dərdi" çəkən analardan, "sərvətə satılan" qızlardan, yoxsul kəndli məişətindən "zillət və fəlakətlərdən" danışdığı zaman oxucu onun sözlərini xalqını-millətini düşünən bir istiqlal şairinin sözləri kimi qəbul edir. Bu, şairin "Parçalar" şeirlərində də özünü göstərir:

Səbəbi-iğbir arımı sorma
Olmamaq olur bun dəhr kamımca.
Budur,ey vah,baisi-ələmim:
Vətəni görmədim məramımca!

Bütün yaradıcılığı boyu A.Saiq vətənini azad, xalqını xoşbəxt görmək arzusundadır. Şairin azadlığa, istiqlala həsr etdiyi "Yad et!", "Parçalar", "İrəli!", "Simurq quşu" kimi şeirləri diqqəti cəlb edir.

O dumanlı, fırtınalı keçmişlərdən uzaqlaş!
Odlu, mətin addımlarla yürü, yürü, durma, marş!
İrəli, inan ki, bir cənnət qədər cahan var,
Sabah günəş orda doğar, səadət orda parlar!

Əhməd Cavadın Xalq Cümhuriyyəti və bir qədər ondan əvvəlki dövr həyatı və yaradıcılığı təkcə Azərbaycan istiqlalı uğrunda deyil, həm də Türkiyənin ağır geosiyasi vəziyyətə düşdüyü o illərdə qardaş ellərin istiqlalı uğrunda mübarizə səlnaməsi kimi səslənir. Hüseyn Baykara "Azərbaycan istiqlal mücadiləsi tarixi" əsərində bu məsələyə xüsusi önəm verərək yazır:
"Bakı savaşı zəfərlə sonuclanır, Azərbaycan xalqı istiqlala qovuşur. Milli müstəqil Azərbaycan dövləti qurulur.
Bir kaç ay sürür bu sevinc və məsud günlər. Hərbin taleyi "qara-yazılı" günlərini gətirir Türkiyəyə. Mondros mütarikəsiylə Türkiyə savaşdan çəkilir və silahı buraxır. İzmir yunanlılar, İstanbul da ingilislər tərəfindən işğal edilir. Əhməd Cavad bu durumdan yaslara bürünən bütün Türkiyə və Azərbaycan xalqı ilə birlikdə dərdlənir və İstanbulun işğalına şöylə yazır:

O sevdiyim mərmər sinəli yarın,
Diyorlar qoynunda yabançı əl var.
Baxıb üfüqlərə, uzaq yollara,
Ağlıyormuş mavi gözlü axşamlar."

(ardı gələn sayımızda)

Göyərçin Abid qızı
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK