adalet.az header logo
  • Bakı 11°C
12 Fevral 2018 12:40
11298
SİYASƏT
A- A+

Ana Vətən seçki mövqeyini ortaya qoydu - Bəyanat

Ana Vətən Partiyası Ali Məclisi qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı ilə bağlı iclas keçirib.

Adalet.az xəbər verir ki, iclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olunub.

Bəyanatda prezident seçkilərinin dövlətimizin və xalqımızın həyatında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb:

"Ana Vətən Partiyasının Ali Məclisi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının VI qurultayının İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi haqqında qərarını dəstəkləyir və qarşıdan gələn seçkilərdə onun qələbəsi uğrunda fəal mübarizə aparacağını bəyan edir”.