ANA SƏHİFƏ / MARAQLI

Dünyaya qumarı ərəblər yaydı

10596    |   2018-02-12 16:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əgər oyun kartlarının Avropaya nə vaxt gəlməsi az-çox bəllidirsə - burada kartlar təxminən XIV əsrin əvvəllərindən istifadə edilir – öz tarixi vətənində, daha doğrusu, vətənlərində - Çin və Hindistanda ilk dəfə nə zaman yarandığı doğru-dürüst məlum deyil. Çində kağız kartların istifadəsi 1120-ci ilə aid edilir. Kartı Avropaya xristian mavrlar (Afrika ərəbləri – tərc.), ərəblər və sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad – tərc.) gətiriblər. Kartlar haqqında ilk yazılı məlumat 1379-cu ilə, mavrlara aiddir və Covanni Yutssodi-Kovelutssonun salnaməsində rast gəlinir. Müəllif yazır ki, sarasinlərin məmləkətindən onun doğma şəhəri Viterboya "naiblər adlanan oyun kartları gətiriblər".

İlk vaxtlar kart oyunları zadəganların əyləncəsi idi, xalq arasında geniş yayılmamışdı və qumar hesab olunmurdu. Odur ki, kilsənin hakim dairələri digər oyunlardan fərqli olaraq kartı qamçılamırdı. Əldə olan məlumatlara görə, bu oyun sonralar Avropada geniş yayılır və ona olan maraq da getdikcə artmağa başlayır.

İspaniyada kral İohann I Kastilski 1387-ci ildə verdiyi qərarla nərd, şahmat və kart oyunlarını qadağan edir. Fransa isə yalnız bir necə il ləngiyir: 1392-ci ildə hansısa bir cənab Qrenqoner "lütfkar zati-alilərri krala əylənmək üçün təqdim etmək məqsədilə" üç dəst oyun kartı hazırladığına görə xeyli miqdarda cərimə ödəməli olur. 1393-cü ildə İtaliyada florensiyalı Covanni Morelli yazdığı əsərdə gənclərə nərd kimi qumar oyunlarından uzaq durmağı, guya uşaq oyunu olan karta üstünlük verməyi məsləhət görür. Almaniyada əksinə, 1397-ci ildə Ulm şəhərində kart oyununa qadağa qoyulur.

XV əsrdən isə kart sanki milli oyuna çevrilərək bütün Avropanı tutur. Hər ölkənin öz oyunu meydana gəlir, kartlar səciyyəvi rənglər və adlar alır, formaları dəyişir, staandartlaşdırlımış "köynəklər" meydana çıxır. Ancaq mahiyyəti etibarilə saratinli "naib"lərin oyunundan fərqlənmir.

Rusiyada kartın yayılması Fyodr İoannoviçin çarlığı dövrünə təsadüf edir. 1649-cu ildə çar Aleksey Mixayloviçin qanunnaməsinə əsasən oyun kartları ciddi cinayət hesab olunur və bərk qızdırılmış dəmirlə damğalanmaqla cəzalandırılırdı. Pyotrun vaxtında karta münasibət dəyişir, iki kiçik manufakturada kart istehsal olunmağa başlayır. Pyotrun özü çox nadir hallarda kart oynasa da, oyun kartları ilə ticarət xeyli gəlir mənbəyinə çevrilir. I Aleksandr oyun kartları istehsalını inhisara çevirir, oradan əldə edilən gəlir isə yetim uşaqlara himayədarlıq edən impetaratriçənin müəssisəsinə daxil olur. Kartların istehsal edildiyi kağız aşağı səviyyədə idi və buna görə də əvvəlcədən xüsusi maşınlarda talkla (texnikada və təbabətdə işlənilən yağlıtəhər yumşaq ağ poroşok – tərc.) işlənirdi. "Atlas kartlar" adlandırılan belə kartlar sığallı, hamar olur və qarışdırılan zaman yaxşı sürüşürdü.

Qumarxanaların tarixi

Arxeoloji qazıntılarda 39 min il əvvəlinə aid qumar oynamaq üçün istifadə edilən sümüklər, heyvan kəllələri və nərdə oxşar obyektlər tapılmışdır. İnsanoğlu tərəfindən mağaralara çəkilən bəzi şəkillərdə ilk insanların qumar növü oyunlar oynadıqları müəyyən olunmuşdur. Qumarxana yəni qumar oynanılan salonları tarix səhnəsinə ilk çıxdığı yer bilinməməklə birlikdə bu mövzuda edilən tarixi araşdırmalar sonunda ortaya çıxan məlumatlara və qeydlərə görə ilk rəsmi qumarxana e.ə. 2300-ə Antik Çində fəaliyyət göstərmişdir. Qədim Çin dövründən qalan bəzi ənənəvi nağıllarda və ifadələrdən qumar ənənəsindən bəhs rast gəlinməkdədir. 3500 il əvvəl Qədim Misir mədəniyyəti dövründə xüsusilə Thebes şəhərində qumarxana olaraq istifadə mərkəzi olduğu müəyyən olunmuşdur. Tarix qeydlərinə görə bu tarixdən sonra Antik Yunan və Roma İmperatorluğu dövrlərində qanuni və qeyri-qanuni olaraq çox sayda qumarxana işlədildiyi bilinməkdədir. Roma İmperatorluğu dövründə Roma əsgərlərinin ortaya paltar və qızıl qoymaq surətiylə çox sayda qumar oyunu oynadıqları bilinməklə birlikdə bir dövr Romada imperator tərəfindən çıxardılan bir qanuna görə ailələrin uşaqlarına Zar və qumar oyunlarının öyrədilməsi lazım olduğunu şərt qoymuşdur.

Qumarxanaların fəaliyyət göstərməyə başladığı ən qədim dövlətlərdən biri də Almaniyadır. Tarixi qeydlərə görə 1378də Frankfurt şəhərində qumar gəlir əldə etmək məqsədi ilə dövlət tərəfindən dəstəklənən qumarxana varlığına rast gəlinməkdədir. Eyni ölkədə 18-ci yüz ildə təbii sağlamlıq mərkəzlərinin qumarxana olaraq fəaliyyət göstərdiyi bilinməkdədir. Nasistlərin 1933də iqtidara gəlməsiylə birlikdə Hitler başda Almaniya olmaq üzrə irəliləyən illərdə də öz buyruğu altına girən ölkələrdə qumarxanaların hamısını qadağan etmişdir. Bu prosesin ardından 1950-ci illərdə Qumarxanalar Almaniyada təkrar fəaliyyət göstərməyə davam etmişdir.

16.yüz ildə Elizabeth (1533-1603) dövrü Britanyası və 19-cu yüz ilin başlarında Napolyon (1769-1821) dövrü Fransasında çox sayda qumarxanaların həm qanuni, həm də qanuni olmayan yollarla fəaliyyət göstərmişdir.

Avropanın bilinən ən böyük qumarxanası İtalyanın Venedik şəhərində olan və 1638-ci ildə inşa edilən The Ridotto adlı qumarxanadır. İtaliyada müəyyən dövrlərdə bir toplanma və əyləncə yeri olan bu qumarxana xüsusilə karnaval sezonlarında dövlət nəzarəti altında çalışan və qumar turnuvalarının reallaşdığı bir məkan halına gəlmiş ancaq 1770-ci ildə qeyri-qanuni statuslu olduğu qarşıya qoyularaq gətirilən yeni bir qanunla bağlandı.

Uels, İngiltərə və Şotlandiya kimi ölkələrdə qumarxanaların keçmişi 400 il əvvəlinə söykənməklə birlikdə ''ictimai klub'' adı altında 120-dən çox qumarxana fəaliyyətlərini davam etdirməkdədir.

Belçikada qumar tarixinə baxdığımızda oğlunun qumar vərdişi üzündən ölkədə qumar fəaliyyətlərini qadağan qanunu qüvvəyə salan kral II. Leopold (1835-1909)'ün ardından indiki vaxtda belə hələ qanuni olaraq qadağan statuslu olan qumar fəaliyyətləri dövlət nəzarəti altında davam etməkdədir. Avstriya tarixində də 1920-ci illərdə etibarən başlayan qumar müəssisələri, Hitler dövründə bir qumarxana xaric digər bütün yerlərdə qadağandır. Ölkədəki qumarxana hissələrinin 70%-i birbaşa dövlətə, geri qalanı isə banklara aiddir. Fransada isə qumar qanuni statuslu iştirak etməkdədir. Çox sayda qumarxanaların fəaliyyət göstərdiyi ölkədə 1988-ci ildə qüvvəyə girən bir qanunla jetonlu slot maşınlarının fəaliyyətləri qadağan edilmiş olmasına baxmayaraq bu qadağana çox möhkəm bir şəkildə riayət edilmir.

ardı olacaq...


İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-04-22
2018-04-21


VİDEO