adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Fevral 2018 17:31
10604
MƏMLƏKƏT
A- A+

“Azərsu”ya 55 mindən çox abonent müraciət edib

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.

2017-ci ildə "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən "Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55092 müraciət edilib. Müraciətlərin 26793-ü "ASAN xidmət”, 28299-u isə "ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Hesabat dövründə edilən müraciətlər arasında itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edibr. Ən çox müraciət Sabunçu rayonundakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı "ASAN Kommunal” mərkəzində qeydə alınıb.

Qeyd edək ki, "ASAN xidmət” mərkəzlərində "Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən "Azərsu” ASC "ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-2017-ci illərdə bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 108778 müraciət daxil olub.

Hazırda "Azərsu” ASC-nin xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki"ASAN xidmət”, həmçinin 1 və 2 saylı "ASAN Kommunal” mərkəzlərində təşkil olunub.